Onlar 240 ildir görünmürdü: İngiltərə səmasında nəhəng yırtıcılar müşahidə olundu
İngiltərədə Böyük Britaniyanın ən iri yırtıcı quşlarından biri olan ağquyruq dəniz qartallarının (biğloxvosti orlanlar) yenidən göründüyü bildirilir. Bu quşlar XVIII əsrin sonlarından etibarən həmin ərazilərdən tamamilə yox olmuşdu.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Argus" qəzetinə yazır.
İki böyük siluet Qərbi Sasseksdəki Ardinqli su anbarı üzərində müşahidə olunub. Bundan cəmi iki gün əvvəl isə başqa bir dəniz qartalı Eşdaun meşəsində fotoqraflanıb. Bir həftə ərzində iki fərqli yerdə qeydə alınan bu müşahidələr təsadüfi səfərdən daha çoxunu göstərə bilər.
Ağquyruq dəniz qartalları əvvəllər bütün ölkə ərazisində yayılmışdı, lakin insan təqibi nəticəsində tamamilə məhv edilmişdi. Cənubi İngiltərədə son yuva quran cütlük 1780-ci ildə Vayt adasında qeydə alınmışdı. Mövcud məlumatlara görə, hazırkı populyasiyanın bərpası 2019-cu ildə "Forestry England" və "Roy Dennis Wildlife Foundation" tərəfindən başladılan reintroduksiya proqramı sayəsində mümkün olub.
Proqram Şotlandiyadan gətirilən balaların təbiətə buraxılmasını nəzərdə tutur. Elmi hesabatlara əsasən, 2025-ci ilə qədər 45 quş sərbəst buraxılıb və onların hamısı GPS izləyicilərlə nəzarətdə saxlanılır.
Alimlərin ilkin planı yalnız bir neçə cütlüyün formalaşması olsa da, quşlar gözləniləndən daha sürətlə uyğunlaşır. 2023-cü ildə Sasseksdə ilk bala dünyaya gəlib və bu, XVIII əsrdən bəri İngiltərədə doğulan ilk ağquyruq dəniz qartalı hesab olunur. 2025-ci ildə isə Sasseks və Dorsedə vəhşi təbiətdə doğulan qartalların sayı altıya çatıb.
Bununla belə, bu ekoloji uğur fermerlər arasında narahatlıq da yaradır. Uzun müddət bu quşların yalnız balıq və leşlə qidalandığı düşünülürdü. Lakin "NatureScot" təşkilatının məlumatına görə, ağquyruq qartalların bəzən quzulara hücum etdiyi və bəzi hallarda onların sağlam olduqları zaman ovlandığı qeydə alınıb.
Şotlandiyada bir fermada altı il ərzində 181 quzunun itkisi qeydə alınıb. Ekoloqlar qartalların nadir hallarda mal-qaraya hücum etdiyini desələr də, fermerlərlə mübahisələr davam edir.
Bundan əlavə, "Roy Dennis Wildlife Foundation" bəzi izlənilən üç qartalın şübhəli şəkildə yoxa çıxdığını bildirir ki, bu da onların qanunsuz şəkildə hədəfə alındığını göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 810 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrRusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü
Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrPaşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19 noyabr