Dərəyə düşən 3 yaşlı uşaq həyatını itirib
Türkiyənin Karaman vilayətində 3 yaşlı uşağın faciəvi ölümü ilə nəticələnən hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə vilayətin Gülkaya kəndində qeydə alınıb. Dünən axşam saatlarında evlərinin qarşısında oyun oynayan 3 yaşlı Bayram Əli Şimşək bir müddət sonra yoxa çıxıb. Uşağı öz imkanları ilə tapa bilməyən ailə dərhal aidiyyəti qurumlara məlumat verib.
Hadisə yerinə jandarma, təcili tibbi yardım və Fövqəladə Hallar Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub. Kənd sakinlərinin də qoşulduğu axtarışlar nəticəsində uşağın meyiti qısa müddət sonra evlərindən təxminən 500 metr aralıda yerləşən dərədə aşkar edilib.
İlkin ehtimallara görə, uşağın dərəyə yıxılaraq boğulduğu bildirilir. Meyit müayinə olunmaq üçün Karaman Təhsil və Araşdırma Xəstəxanasının morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 200 Tarix: 16 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göydən sərvət yağdı: pəncərədən milyonları səpdi - VİDEO
Çinin Şantou şəhərində baş verən qeyri-adi hadisə "göydən pul yağarmı?" sualına real cavab kimi dəyərləndirilib. türk mediasına istinadən xəbər verir ki, lüks yaşayış binasının eyvanına çıxan yaşlı qadın əlindəki pul dəstələrini aşağı ataraq küçədəkiləri heyrətə gətirib. Şahidlərin sözlərin
15 aprelSiqaret qaçaqmalçılığı ilə məşğul olan şəxs saxlanıldı
Türkiyənin Bursa şəhərində jandarma əməkdaşlarının keçirdiyi əməliyyat zamanı bir nəfərə məxsus ev və iş yerində külli miqdarda qaçaq tütün və siqaret aşkarlanıb. xarici mediaya istinadən xəbər verir ki, Bursa İl Jandarma Komutanlığı tərəfindən verilən məlumata görə, qaçaqmalçılıqla mübarizə çərçivəsind
13 aprelDəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT
Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Əhmədov, yeznəsi 1986-cı il təvəllüdlü Elvin Əsgərov və Azad Əhmədovun bibisi oğlu 1984-cü il təvəllüdlü Samir Məmmədov qohumlarını
14 aprelƏrinə xəyanət edən qadın onun cinayətini öz üstünə götürüb
Türkiyənin Diyarbakır şəhərində 2024-cü ildə baş vermiş müəllim qətli ilə bağlı məhkəmə prosesində hadisənin təfərrüatları gözlənilməz istiqamətdə inkişaf edib. xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra cinayəti öz üzərinə götürən müəllim Z.A. ifadə verərkən silahdan necə istifadə etdiyin
13 aprel23 yaşlı gənc mübahisə etdiyi 45 yaşlı kişini qətlə yetirdi
Akhisar rayonunun Beyoba məhəlləsi ərazisində, Dörtyol çayxanalarının qarşısında baş verən insident zamanı 23 yaşlı Süleyman Demirtaş ilə 45 yaşlı Sadullah Şimşək arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, Demirtaş üzərində ola
14 aprel"Azəriqaz"ın departament rəisi 39 yaşında vəfat etdi
"Azəriqaz" İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib. xəbər verir ki, bu barədə istehsalat birliyi məlumat yayıb. Bildirilib ki, Zabil İbayev ailəli olub, bir övladı var. O, "Azəriqaz" İB-də əmək fəaliyyət
10 aprelÇayda qandonduran mənzərə! - VİDEO
Türkiyənin Tunceli vilayətində Munzur çayında qadına məxsus meyit tapılıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Munzur çayının Mavi Körpü adlanan ərazisində qeydə alınıb. Su içində meyit olduğunu görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Məlumat əsasında hadis
16 aprel