Evi yanan qonşusuna köməyə gedən qadın canından olub - VİDEO
Tokatın Niksar rayonunda baş verən yanğın faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə aprelin 12-də rayonun Melikqazi məhəlləsində qeydə alınıb.
Məlumata görə, Hamdi Çavuş küçəsində yerləşən, S.G.-yə məxsus iki mərtəbəli evdə, evdə heç kimin olmadığı vaxt hələlik naməlum səbəbdən yanğın baş verib.
Evdən yüksələn tüstünü görən qonşu Zübeydə Şimşək vəziyyəti yoxlamaq və ev sahibinə kömək etmək məqsədilə evin arxa qapısını sındıraraq içəri daxil olub. Evdə kiminsə ola biləcəyini ehtimal edən qadın tüstü ilə dolu məkanda huşunu itirib.
Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər evdə apardıqları axtarış zamanı Zübeydə Şimşəyi huşsuz vəziyyətdə aşkar ediblər. Ağır yaralı halda əvvəl Niksar Dövlət Xəstəxanasına çatdırılan qadın daha sonra Kayseridə yerləşən xəstəxanalardan birinə təxliyə olunub.
Həkimlərin bütün səylərinə baxmayaraq, Zübeydə Şimşəyin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 733 Tarix: 17 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
5 günlük körpəyə zorakılıq edən tibb bacısı məhkəmədə hakimə yalvardı - VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində 5 günlük körpəyə qarşı zorakılıq göstərdiyi iddia olunan tibb bacısı məhkəmə qarşısına çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Kahramanmaraş Sütçü İmam Üniversitesi Sağlık Uygulama ve Araştırma Hastanesi nəzdində fəaliyyət göstərən Yenidoğulmuşları
15 mayMikroavtobusun vurduğu yol polisi ağır yaralandı - VİDEO
İstanbulun Dolmabahçə bölgəsində yol hərəkətini tənzimləyən qadın polis əməkdaşı Ş.A.-nı mikroavtobus vurub. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Mehmet K.-nin idarə etdiyi qapalı yük mikroavtobusu xidmətdə olan qadın polis əməkdaşına çırpılıb. Hadisə nəticəsində polis əməkdaşı ağı
19 mayMəscid ziyarətində maraqlı anlar: Kişi turistlər ətək geyindi - VİDEO
Bursanın tarixi və mənəvi ab-havasını yaşamaq istəyən xarici turistlər məscid ziyarəti zamanı maraqlı anlarla gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, müqəddəs məkana hörmət əlaməti olaraq geyim qaydalarına əməl etməyə çalışan şortlu kişi turistlər, onlara təqdim olunan geyim seçimlərin
18 mayTIR sulama kanalına düşdü: sürücü xilas oldu
Adanaın Seyhan rayonunun Gülbahçesi məhəlləsində TIR sürücüsünün idarəetməni itirməsi nəticəsində yük maşını sulama kanalına düşüb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, sürücüsü və nömrəsi hələ müəyyən edilməyən TIR əvvəlcə dəmir məhəccərlərə çırpılıb, daha sonra kanala aşıb. Hadis
15 mayYolda təhlükəli anlar: Göyərçin motosiklet sürücüsünə çırpıldı - VİDEO
Türkiyənin Mardin şəhərində hərəkətdə olan motosikleti idarə edən qadın sürücünün kaskına göyərçin çırpılıb. Hadisə motosikletin kamerası tərəfindən anbaan qeydə alınıb. türk mediasına istinadən xəbər verir ki, sağ tərəfdən sürətlə gələn göyərçin qadın sürücünün kaskına dəyib. Zərbənin təsirindən qu
18 mayTaksi sürücüsü kartla ödəniş etmək istəyən qadını döyüb - VİDEO
İstanbulun Bakırköy rayonunda taksi sürücüsü ilə qadın sərnişin arasında yaşandığı iddia edilən insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qadın sərnişin kartla ödəniş məsələsinə görə mübahisə etdiyi sürücünün onu avtomobildə kilidli saxladığını və fiziki zorakılıq tətbiq etdiyini iddi
14 mayÇörək almağa gedən yaşlı kişi avtobus dayanacağında ölü tapıldı
Elazığda səhər saatlarında çörək almaq üçün evdən çıxan yaşlı kişi avtobus dayanacağında ölü tapılıb. türk mediasına itsinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazilərindən birində baş verib. Məlumata görə, yaşlı kişi çörək almağa gedərkən dincəlmək məqsədilə avtobus dayanacağında əyləşib. Bi
19 may