Qusarda oğul ona araq satmadığına görə anasını döydü
Qusarda oğul arağa görə anasını döyüb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib.
39 yaşlı Yusif Əsgərov (ad və soyad şərtidir) səhər saatlarında kənd ərazisində qardaşına məxsus marketdən araq alaraq içib. O, sərxoş halda günorta saatlarında yenidən həmin marketə gələrək araq almaq istəyib. Lakin marketdə satıcı qismində olan anası ona araq satmaq istəməyib. Bu səbəbdən ana və oğul arasında mübahisə düşüb. Mübahisə zamanı oğul şillə, yumruq zərbələri ilə anasının sifət və baş nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Bu əməlinə görə o saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin oğlu ilə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Yusif Əsgərov 1000 manat məbləğində inzibati qaydada cərimələnib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 427 Tarix: 18 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənzilə girib qutuları oğurladılar, içindən görün nə çıxdı - VİDEO
Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda kaskalı 3 şübhəli mənzilin qapısını sındıraraq içəri daxil olub və içərisində narkotik həblərin olduğu 3 böyük qutunu oğurlayaraq motosikletlə hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Böyükdərə məhəlləsi
21 avqustİsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqustBitkiləri səhv salıb ayağına bağlayan qadın xəstəxanalıq oldu
Rusiyada yaşlı qadın atpıtrağından kompres hazırlamaq istəyərkən bitkiləri səhv salıb və xəstəxanalıq olub. xarici mediaya istinadən xəbər verir ki, qadın xalq təbabəti üsulundan istifadə etmək məqsədilə atpıtrağı yarpağı toplamaq istəyib, lakin o, səhvən zəhərli baldırğan yarpağı dərib və ayağına kompre
16 avqustGecə Bakıda zeytun bağları yanıb
Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində yerləşən zeytun bağlarında yanğın baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə gecə saat 03:40 radələrində başlayıb. Alov ərazidəki zeytun ağaclarını əhatə edib. Yanğının səbəb
21 avqust8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə
25 avqustQəssabda 400 kiloqram xarab ət aşkarlandı
Türkiyənin Bodrum rayonunda ətrafa yayılan pis qoxu ilə bağlı edilən şikayət əsasında hərəkətə keçən bələdiyyə zabitləri bağlı vəziyyətdə olan qəssab dükanının anbarında təxminən 400 kiloqram xarab ət aşkarlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Bodrumun Gümbet məhəlləsi, Sadi Irmak küçəsind
27 avqustGoranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonrada
21 avqust