Cinayət və fırıldaqçılıq haqqında 7 film

Cinayət və fırıldaqçılıq haqqında 7 filmCinayət hekayələri, böyük fırıldaqlar və gərgin qarşıdurmalar - məhz bu cür filmlər dəfələrlə yenidən izləmək istədiyimiz ekran işləridir. 90-cı illərdə və "sıfırıncı" illərdə janrın standartlarını müəyyən edən və bu gün belə müasir yeniliklərdən daha maraqlı görünən xeyli sayda film işıq üzü görüb.

Lent.az aktuallığını itirməyən və ilk dəqiqələrdən tamaşaçını özünə cəlb edən cinayət və fırıldaqçılıq haqqında 7 kult filmi təqdim edir.

Goodfellas

Qanqster Henri Hillin yüksəliş və eniş hekayəsi çoxdan kriminal kinosunun etalonuna çevrilib. Rejissor Martin Skorseze mafiyanı bəzəksiz-düzəksiz - bütün dəbdəbəsi, qəddarlığı və qaçılmaz nəticələri ilə göstərir.

Film əvvəldən sona qədər yüksək tempini qoruyur və hər bir qərarın bədəli olduğu kriminal dünyaya tam qərq olmaq hissi yaradır.

Catch Me If You Can

Bu, özünü gah pilot, gah da həkim kimi təqdim edərək illərlə xüsusi xidmət orqanlarını barmağına dolayan dahi fırıldaqçının hekayəsidir. Baş qəhrəman sadəcə qaçmır, o, hər addımı riskli olan mürəkkəb bir oyun oynayır.

Ekran işi yüngüllük, yumor və gərginliyi özündə birləşdirir, personajların xarizması isə onu bu janrın ən xoş filmlərindən birinə çevirir.

Public Enemies

Böyük böhran dövrünün əsl simvoluna çevrilmiş əfsanəvi bank qarətçisi Con Dillincer haqqında bəhs edən filmdir.

Bu, qaydalarla yaşamaqdan imtina edən bir insanla sistem arasındakı qarşıdurmanı anladan qeyri-adi bir cinayət hekayəsidir.

Heat

Cinayətkar və polis arasındakı qarşıdurmanı əks etdirən ən güclü filmlərdən biridir. Ekranda Al Paçino və Robert De Niro qarşı-qarşıya gəlir - bu, artıq filmi izləmək üçün kifayət qədər böyük səbəbdir.

Film gərgin bank qarəti səhnələri və standart ekşn çərçivəsindən kənara çıxan dərin xarakterləri ilə tanınır.

The Departed

Martin Skorsezeyə "Oskar" qazandıran daha bir şah əsər. Bu, polis əməkdaşının mafiya daxilində, cinayətkarın isə polis sıralarında "köstəbək" kimi fəaliyyət göstərdiyi ikili həyat hekayəsidir.

İntriqa sona qədər davam edir və hər bir personaj kimə etibar etmək barədə tamaşaçıda şübhə yaradır.

Inside Man

Bu qeyri-standart film, elə ilk andan qəribə görünən bir bank qarəti haqqındadır. Cinayətkarlar şablonlardan kənar hərəkət edirlər və bu, tamaşaçını finala qədər gərginlikdə saxlayır.

Film intellektual oyun, psixologiya və gözlənilməz dönüşləri birləşdirərək janrın ən maraqlı nümunələrindən biri olur.

Man on Fire

Digər adı "Alovlanmış adam" olan bu film, bir mühafizəçidən bəhs edir. O, qoruduğu uşağı xilas etmək üçün hər şeyi gözə alır və qisas yoluna çıxır.

Siyahıdakı digər filmlərdən daha emosional və sərtdir, lakin məhz bu xüsusiyyət onu bu qədər təsirli edir. Gərginlik hər səhnədə daha da artır, final isə filmi bitirdikdən sonra belə uzun müddət yaddaşlardan silinmir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 424   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr
.

Alimdən qorxunc proqnoz: Süni intellekt supervulkanlardan daha təhlükəlidir

"Süni intellekt bütöv şəhərləri məhv edə biləcək supervulkan püskürmələri ilə müqayisədə insanlıq üçün daha ciddi təhlükə mənbəyidir". -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims deyib. "Mə

17 sentyabr
.

Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ

Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi

13 sentyabr
.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

Ancelina Colinin səmimi müsahibəsi: Nələri etiraf etdi?

Ancelina Coli "L'Officiel" jurnalına səmimi müsahibə verib. -ın xəbərinə görə, 51 yaşlı aktrisa və rejissor övladları böyüdükdən sonrakı həyatı, yeni yaradıcılıq planları, humanitar missiyası və daha çox səyahət etmək istəyi barədə danışıb. Fotosessiya üçün Coli Fendi, Ferragamo brendlərini

15 sentyabr
.

Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq

Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. Ən məşhur inanclardan biri giriş qapısını

13 sentyabr
.

Bir mənzil qiymətinə kənd aldı - Fotolar

Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild

15 sentyabr
.

Saç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi

13 sentyabr
.

Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq

Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ

17 sentyabr