Alış-veriş mərkəzlərinə giriş ödənişli olacaq?

Alış-veriş mərkəzlərinə giriş ödənişli olacaq?Türkiyədə Alış-veriş mərkəzlərinə girişlərin ödənişli olacağı ilə bağlı yayılan iddialar cəmiyyətdə ciddi müzakirələrə səbəb olsa da, rəsmi qurumlar bu məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə alış-veriş mərkəzlərinə girişin ödənişli olacağı barədə yayılan xəbərlər ictimaiyyətdə narahatlıq yaradıb. Bununla bağlı Cumhurbaşkanlığı İletişim Başkanlığı nəzdində fəaliyyət göstərən Dezenformasyonla Mücadele Merkezi (DMM) rəsmi açıqlama yayaraq iddiaları təkzib edib.

Açıqlamada bəzi media qurumları və sosial şəbəkə hesablarında yer alan məlumatların həqiqətə uyğun olmadığı vurğulanıb. Bildirilib ki, Ticaret Bakanlığı qeydiyyatlarında AVM-lərə girişin ödənişli edilməsi ilə bağlı hər hansı bir iş, bildiriş və ya hüquqi tənzimləmə mövcud deyil.

Rəsmi açıqlamada qeyd olunub: "Sosial şəbəkələrdə ‘Alışveriş Merkezleri ve Yöneticileri Başkanlığı’nın qərarı ilə AVM-lərə girişlərin ödənişli olacağı’ barədə yayılan iddialar tamamilə əsassızdır. Belə bir rəsmi qurum və ya ali şura mövcud deyil."

Bununla yanaşı, Alışveriş Merkezleri ve Yatırımcıları Derneği (AYD) tərəfindən də sektor iştirakçılarının bu istiqamətdə hər hansı qərar qəbul etmədiyi və yayılan məlumatların əsassız olduğu bildirilib.

Sonda vətəndaşlara ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan bu cür yalan məlumatlara inanmamaq tövsiyə olunub.

Beləliklə, AVM-lərə girişin ödənişli olacağı ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi bir daha təsdiqlənib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 805   Tarix: 21 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr