Məşhur marketlərin birində qaralmış bananların endirimlə satılması müzakirə yaradıb
Türkiyədə fəaliyyət göstərən marketlərdən birində çəkilən foto qısa zamanda sosial mediada geniş yayılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, görüntülərdə xeyli dərəcədə qaralmış bananların satışa çıxarıldığı əks olunub.
Məhsulun yerləşdirildiyi kassanın üzərindəki etiketdə "Yerli banan kq 99,90 TL əvəzinə 75,00 TL" ifadələrinin yer aldığı diqqət çəkib. İstehlak müddətinin sonuna yaxın olan bananların bu şəkildə satışa təqdim olunması alıcıların təəccübünə səbəb olub.
Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri məsələ ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Bəzi vətəndaşlar bu vəziyyəti istehlakçıya hörmətsizlik kimi qiymətləndirərək tənqid edib, digərləri isə məhsulların israf olunmaması üçün satışa çıxarılmasını müəyyən mənada anlayışla qarşılayıb.
Şərhlər arasında "İnsanlara bu qədər laqeyd yanaşırlar", "Buna görə pul yox, əksinə pul verməlidirlər", "Bu artıq hədddir" kimi sərt reaksiyalar da yer alıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 796 Tarix: 21 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrKöməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi
13 sentyabrSiqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabr