30 ildə 300 uşağı övladlığa götürdü
Çində bədən tərbiyəsi müəllimi təxminən 30 il ərzində 300 uşağı övladlığa götürərək onların həyat qurmasına kömək etdikdən sonra "Superata" ləqəbini alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 52 yaşlı Bay Cian Anşan şəhərinin orta məktəblərindən birində çalışır. 1990-cı illərin ortalarından etibarən o, valideyn himayəsindən məhrum qalan uşaqların tərbiyəsi ilə məşğul olur. Onun kirayəyə götürdüyü evdə eyni vaxtda 20-30 uşaq yaşayır.
KİV-in məlumatına görə, 1995-ci ildən bəri yetimlər və ya ailələri tərəfindən tərk edilmiş ən azı 276 uşaq onun evində böyüyüb. Onların bir çoxu uğur qazanıb: peşəkar idmançı, hərbçi, dövlət qulluqçusu və müəllim olublar. 100-dən çox uşaq ali təhsil alıb, təxminən 50-si isə ölkədə ən yüksək idman səviyyəsinə çatıb.Bay özü kasıb ailədə böyüyüb və uzun məsafəyə qaçışdakı uğurları sayəsində kollecə daxil olub, daha sonra müəllim kimi fəaliyyətə başlayıb. Uşaqlara kömək etmək qərarını isə valideynləri tərəfindən tərk edilmiş şagirdlərindən birinin taleyini öyrəndikdən sonra verib. Həmin uşaq onun evində sığınacaq verdiyi ilk şəxs olub.
Böyük ailəni dolandırmaq üçün müəllim borc götürüb, əlavə işlər görüb və qohumlarını da köməyə cəlb edib. O, xüsusilə idman tərbiyəsinə önəm verir: uşaqlar hər gün, hava şəraitindən asılı olmayaraq, səhər saatlarında 12 kilometrdən artıq qaçış məşqləri edirlər.
Müəllimin sözlərinə görə, idman xarakter formalaşdırmağa və həyatın çətinliklərinə hazır olmağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 538 Tarix: 22 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabrToyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO
Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis
19 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrKöməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi
13 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabr