Ev üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlər

Ev üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlərEviniz üçün uyğun qoxu seçimi zamanı onun funksionallığına, otağın parametrlərinə və bir sıra digər detallara diqqət yetirmək vacibdir.

Oxu.Az xəbər verir ki, bu barədə parfümer Mira Bruman "İzvestiya" nəşrinə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə ətirin qarşısına qoyulan funksional məqsədi müəyyənləşdirmək və onun məkandakı rolunu anlamaq lazımdır:

İstirahət üçün: Sakitləşdirici atmosfer yaratmaq üçün lavanda və ya səndəl ağacı kimi yumşaq çiçək, odun və müşk notları seçin.

Rahatlıq və qonaqpərvərlik üçün: Darçın, vanil və zəif qəhvə çalarları daxil olmaqla, isti ədviyyatlı və şirin qoxulara üstünlük verin.

Diqqəti cəmləmək üçün: Limon və ya yaşıl çay kimi təravətli sitrus və yaşıl notlar daha uyğundur.

Ekspert vurğulayıb ki, məkanın xüsusiyyətlərini nəzərə almaq mühümdür: "Ətirin intensivliyi sahədən, tavanın hündürlüyündən, havalandırma sistemindən və interyerin detallarından asılıdır. Kiçik otaqlarda qavrayışı yükləməmək üçün yüngül və şəffaf kompozisiyalar, geniş məkanlarda isə tədricən yayılan zəngin ətirlər seçmək daha yaxşıdır".

Parfümer həmçinin xatırladıb ki, qoxu seçərkən onun tündlüyünü və məkanda necə açıldığını diqqətə almaq lazımdır. İdeal ətir hiss olunan, lakin bezdirici olmayan xarakter daşımalıdır. İstifadəyə az miqdarda başlamaq və tədricən təsiri artırmaq məsləhətdir.

Bundan başqa, mövsüm və otağın təyinatı da nəzərə alınmalıdır:

- Yüngül çiçək və sitrus notları yaz-yay, odun, ədviyyat və şərq qoxuları isə payız-qış ayları üçün idealdır.

- ataq otağı üçün yumşaq və sakitləşdirici, qonaq otağı üçün isə parlaq və ifadəli ətirlər seçmək məqsədəuyğundur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 442   Tarix: 22 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadına dediyi tək kəlimə başına dərd oldu

Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm

17 sentyabr
.

Əfsanəvi boksçu doğum günündə öldü: 3 oğlunu və arvadını faciəli şəkildəitirmişdi

Dövrün ən güclü boksçuları, o cümlədən Məhəmməd Əli ilə qarşılaşmasına baxmayaraq, əfsanəvi boksçu heç vaxt nokdauna düşməmişdi. Əfsanəvi kanadalı boksçu Corc Çuvalo 89 yaşında vəfat edib. -ın xarici mediaya istinadən məlumatına görə, onun ölümü sentyabrın 12-də, doğum günündə baş verib. Çuvalo peşəka

14 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Saç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi

13 sentyabr
.

22 yaşlı qadın məşqçinin cavabı gündəm oldu: "Bu komandanı qadınlar aşağı liqaya salmayıb" - VİDEO

Türkiyənin "Turgutluspor" klubunun 22 yaşlı baş məşqçisi Zeynep Mestanın televiziya proqramında yayımlanan yeni görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, proqramın aparıcısı Beyazıt Öztürkün qadınların futboldakı mövqeyi ilə bağlı sözlərinə gənc məşqçinin verdiyi cava

17 sentyabr
.

Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı

"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə

15 sentyabr
.

Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ

Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi

13 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili

Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər

17 sentyabr