Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr
Avropada müharibə ehtimalı ilə bağlı müzakirələr fonunda süni intellekt sistemləri də öz proqnozlarını açıqlayıb. Təhlillərə görə, Rusiyanın Avropaya hücum ehtimalını tam istisna etmək mümkün deyil, lakin yaxın illərdə genişmiqyaslı müharibə ehtimalı aşağı qiymətləndirilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin və süni intellekt modellərinin təhlilinə əsasən, hazırda belə bir ssenarinin baş verməsi üçün bir sıra maneələr mövcuddur.
Əsas səbəblərdən biri NATO-nun hərbi baxımdan Rusiyadan daha üstün hesab olunmasıdır. Bundan əlavə, alyansın bir üzvünə hücum bütün üzvlərin kollektiv cavab verməsinə səbəb olur ki, bu da böyükmiqyaslı müharibə riskini azaldır.
Süni intellekt hesab edir ki, yaxın 3-5 il ərzində Avropada klassik genişmiqyaslı müharibə ehtimalı çox aşağıdır. Bununla belə, bəzi ekspertlərin fikirlərinə istinad edilərək qeyd olunur ki, Rusiya növbəti 5-7 il ərzində hərbi güc tətbiqinə daha hazır vəziyyətə gələ bilər.
Analitik proqnozlara görə, mümkün gərginliklər daha çox lokal xarakter daşıya bilər. Buraya təxribatlar, kiberhücumlar, enerji infrastrukturlarına qarşı hücumlar və hibrid müharibə elementləri daxildir. "Sabah tanklar Parisdə olacaq" kimi ssenarilər isə real hesab edilmir.
Risk zonasına ən yaxın ölkələr kimi Baltikyanı dövlətlər və Polşanın şərq hissəsi göstərilir. Bunun səbəbi onların coğrafi mövqeyi və strateji əhəmiyyətidir. Finlandiya, Rumıniya və Almaniya isə orta risk zonasında qiymətləndirilir və bu ölkələrdə daha çox kiberhücum və sabotaj ehtimalı qeyd olunur.
Daha uzaq bölgələr, İspaniya, Portuqaliya və İtaliyanın bəzi hissələri isə nisbətən təhlükəsiz hesab edilir, çünki onlar potensial cəbhə xəttindən xeyli uzaqda yerləşir.
Digər süni intellekt sistemi də oxşar mövqe nümayiş etdirərək bildirir ki, 2026-2029-cu illər arasında birbaşa hücum ehtimalı aşağıdır. Bununla yanaşı, bəzi rəsmi açıqlamalara əsaslanaraq qeyd edilir ki, Rusiya yalnız Ukraynadakı müharibə tam başa çatdıqdan sonra NATO ilə daha geniş qarşıdurmaya hazırlaşa bilər.
Proqnozlara görə, mümkün ssenari baş verərsə, ilk təsirə məruz qala biləcək ölkələr Baltikyanı respublikalar, Polşa və Finlandiya ola bilər. Almaniya və Skandinaviya ölkələrində isə əsas risk kritik infrastruktur obyektlərinə yönəlmiş hücumlarla bağlıdır.
Süni intellekt ümumilikdə belə nəticəyə gəlir ki, yaxın illərdə Avropada genişmiqyaslı müharibə ehtimalı zəifdir, lakin uzunmüddətli perspektivdə riskləri tam istisna etmək mümkün deyil.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1318 Tarix: 23 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrZirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr