Yeniyetmələrin onlayn təhlükəsizliyi: Qadağalar niyə işə yaramır?

Yeniyetmələrin onlayn təhlükəsizliyi: Qadağalar niyə işə yaramır?Gənclər arasında rəqəmsal mühitdə hüquq pozuntularının çoxalması azyaşlıların qlobal şəbəkədə daha çox vaxt keçirməsi ilə əlaqələndirilsə də, onlara sosial şəbəkələrdən istifadə etməyi qadağan etmək düzgün çıxış yolu deyil.

Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə açıqlama verən "Dialogue Regions" qeyri-kommersiya təşkilatının baş direktor müavini Yuliya Ablets bildirib ki, məhdudiyyətlər təkbaşına bu problemi həll etmir.

"Yeniyetmələrin iştirak etdiyi üç qanunsuz əməldən biri onlayn fəaliyyətlərlə bağlıdır, lakin qadağalar bu məsələni kökündən həll etməyə kömək etməyəcək", - deyə mütəxəssis qeyd edib.

Y.Ablets hesab edir ki, kibertəhlükəsizliyi təmin etmək üçün azyaşlılarda nizam-intizam, özünüidarəetmə və analitik düşünmə kimi fundamental vərdişlərin formalaşdırılması zəruridir. Onun sözlərinə görə, yalnız onlayn keçirilən vaxtı azaltmaqla kifayətlənməmək, eyni zamanda uşaqlara informasiyanı şüurlu şəkildə qəbul etməyi aşılamaq böyük əhəmiyyət daşıyır.

Mütəxəssis valideynlərin sadəcə nəzarət funksiyasını deyil, həm də bələdçi rolunu üzərlərinə götürməli olduqlarını vurğulayıb. O, valideynlərin virtual aləmdə rast gəlinən məlumatları övladları ilə birlikdə təhlil etmələrinin və bu cür materialların onlara hansı formada təsir edə biləcəyini aydınlaşdırmalarının vacibliyini qeyd edib.

"Senzuranın və ya sərt qadağaların müsbət nəticə verməsi inandırıcı deyil. Çünki azyaşlılar istənilən vaxt bu məhdudiyyətlərdən yan keçməyin üsullarını kəşf edə bilərlər", - deyə Yuliya Ablets əlavə edib.

Ekspert, həmçinin təhsil ocaqlarının informasiya savadlılığının artırılmasında əsas mövqelərdən birini tutmalı və sistemli internet təhlükəsizliyi dərslərinin tədris proqramlarına daxil edilməsinin vacibliyini diqqətə çatdırıb.

Mütəxəssis azyaşlıların çox erkən yaşlarından "virtual iz" buraxmağa başladıqlarını xatırladaraq xəbərdarlıq edib: "Hətta beşinci sinifdə edilən hər hansı ehtiyatsız bir paylaşım və ya şübhə doğuran fotoşəkil onların gələcəkdə universitetə qəbul şanslarını, peşəkar karyeralarını və ümumilikdə şəxsi həyatlarını riskə ata bilər".

Sonda ekspert bildirib ki, mövcud təhlükələri minimuma endirmək üçün ailə daxilində qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılması vacibdir. Bu cür mühitdə azyaşlılar çəkinmədən dəstək istəyə bilər və təhlükəsiz internet davranışının əsas qaydalarını daha yaxşı mənimsəyərlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 466   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr