Almaniya Hörmüz boğazındakı missiya üçün Aralıq dənizinə mina əleyhinə gəmi göndərəcək
Almaniya hərbi mina əleyhinə gəmisini Hörmüz boğazında yerləşdirmək üçün Aralıq dənizinə göndərəcək.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın "Rheinische Post" qəzetinə müsahibəsində bildirib.
Pistoriusun sözlərinə görə, Almaniya qüvvələrinin xaricdə istənilən yerləşdirilməsi yalnız Bundestaqın mandatı olduğu halda mümkündür. Bununla əlaqədar, hadisələrə reaksiya müddətini qısaltmaq üçün hərbi dəniz bölmələrinin bir hissəsini əvvəlcədən Aralıq dənizinə göndərmək qərarı verilib.
"Biz Aralıq dənizinə mina əleyhinə gəmi göndərəcəyik və ona komandanlıq-təchizat gəmisi ayıracağıq. Hörmüz boğazı bölgəsində dəstəyi təmin etmək üçün tərəfdaşlarla koordinasiyalı şəkildə digər regionlardakı öhdəliklərin bir hissəsini müvəqqəti olaraq yenidən bölüşdürəcəyik", - nazir deyib.
Onun sözlərinə görə, bu, müvafiq siyasi qərar qəbul edildiyi təqdirdə mümkün yerləşdirilməni sürətləndirməyə imkan verəcək.
Nazir qeyd edib ki, daha əvvəl Qırmızı dənizdə Avropa İttifaqının "Aspides" hərbi dəniz missiyasının hazırlığı zamanı da analoji yanaşma tətbiq edilib, o zaman gəmilər rəsmi təsdiqdən əvvəl yerləşdirilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 248 Tarix: 25 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İş adamının mühafizəçilərinin davranışı qalmaqal yaratdı - VİDEO
Dünyanın ən varlı iş adamlarından biri olan Jeff Bezosun Fransanın paytaxtı Parisdə ictimai gəzintisi zamanı onun mühafizəçilərinin davranışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, mühafizəçilərin ətrafdakı insanlara qarşı sərt və aqressiv davranması
16 iyunStarmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz
Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ölkəni yeni seçki xaosuna sürükləməmək üçün istefa vermək niyyətində olmadığını bəyan edib. "Report"un məlumatına görə, baş nazir bunu BBC-yə müsahibəsində bildirib. "İstefaya getmək niyyətində deyiləm. Biz ölkəni lider seçkiləri xaosun
14 iyunBerlində təhlükəli virus yayılmağa başlayıb
Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 2
14 iyunBrüssel qərar verdi: Aİ Ukrayna münaqişəsinin həllində rolunu aktivləşdirir
Avropa Ukraynadakı münaqişənin nizamlanmasında aparıcı rol oynamalıdır. Belə bir nəticəni 18 iyun tarixində Avropa İttifaqı (Aİ) Şurasının iştirakçıları Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarına əsasən qeyd ediblər. xəbər verir ki, bu barədə Avropa Şurasının saytındakı bəyanatda deyilir
19 iyunUlduzlar alleyasında artıq Bekhemin də adı var
Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem "Şöhrət Xiyabanı"nda ulduza layiq görülən məşhurlar siyahısında yer alıb. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Təntənəli mərasim ABŞ millisinin 2026-cı il futbol üzrə dünya çempionatındakı ilk oyunu ərəfəsind
14 iyunƏraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
İran yüksək səviyyədə zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır, lakin yalnız öz ərazisində. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. "Uranın yüksək dərəcədə zənginləşdirilməsi, yəni 60 %-ə qədər olan nisbətlə bağlı mövqeyimiz həmişə bel
14 iyunKonqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb. "Report"un xəbərinə görə, bu barədə Konqonun Rabitə və Media ilə İş üzrə Nazirliyi gündəlik bülletenində məlumat verib. Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 689-
14 iyunLeysan və dolu həyatı iflic etdi: küçələrdə gölməçələr yarandı -VİDEO
Türkiyənin paytaxtı Ankara şəhərində axşam saatlarında müşahidə olunan güclü leysan və dolu yağışı gündəlik həyata mənfi təsir göstərib. türk mediasına istinadən xəbər verir ki, yağıntılar nəticəsində şəhərin bir sıra küçə və prospektlərində gölməçələr əmələ gəlib. Sürücülər yollarda hərəkət etməkd
19 iyun