Argentina Böyük Britaniyanı Malvin adaları üzrə danışıqları bərpa etməyə çağırdı
Argentina rəhbərliyi Malvin (Folklend) adalarına dair suverenlik hüquqlarını yenidən bəyan edərək, Böyük Britaniya hökumətini ikitərəfli müzakirələrə başlamağa dəvət edir.
Oxu.Az xəbər verir ki, bu məlumatı Cənubi Amerika dövlətinin xarici işlər, beynəlxalq ticarət və ibadət naziri Pablo Kirno açıqlayıb.
"Argentina dövləti, suverenliklə bağlı münaqişənin sülh yolu ilə və yekun həllinə nail olmaq, həmçinin mövcud müstəmləkə statusunu bitirmək məqsədilə Birləşmiş Krallıqla ikitərəfli müzakirələri yenidən başlamağa hazır olduğunu təsdiqləyir. Eyni zamanda, beynəlxalq ictimaiyyətə Malvin, Cənubi Corciya və Cənubi Sendviç adaları, eləcə də onlara aid dəniz zonaları üzərində ölkəmizin hüquqlarını dəstəklədikləri üçün minnətdarlığımızı bildiririk", - deyə nazir özünün "X" hesabında qeyd edib.
Aprelin 24-də Böyük Britaniya baş nazirinin ofisindən verilən açıqlamada vurğulanıb ki, rəsmi London Folklend (Malvin) adalarının statusu barədə ABŞ ilə hər hansı bir müzakirə aparmaq fikrində deyil və bu ərazilərin Birləşmiş Krallığa məxsus olduğu bir daha bəyan edilib.
Bir müddət əvvəl mətbuatda Pentaqonun İrana qarşı ehtimal olunan müharibədə Vaşinqtona dəstək verməkdən imtina edən NATO tərəfdaşlarını cəzalandırmaq yollarını araşdırdığı barədə məlumatlar yayılmışdı. Həmin ssenarilərdən biri də ABŞ-nin Folklend adalarına dair mövqeyini dəyişdirməsi ehtimalıdır. Hazırda Birləşmiş Ştatlar bu bölgənin Böyük Britaniyanın nəzarətində olduğunu tanıyır. Britaniya hökumət rəhbərinin nümayəndəsi isə bildirmişdi ki, London İrana qarşı hərbi əməliyyatlara qoşulmaq üçün "təzyiqlərə boyun əyməyəcək".
Cənub-Qərbi Atlantikada yerləşən Folklend (Malvin) adaları artıq iki əsrdir ki, Argentina və Birləşmiş Krallıq arasında ərazi iddialarının mərkəzindədir. 1982-ci ilin aprel ayında iki dövlət arasında hərbi toqquşma yaşandı. İki ay yarım çəkən müharibədə Cənubi Amerika ölkəsi məğlubiyyətə uğradı və 649 hərbçisini itirdi. Böyük Britaniyanın itkisi isə 255 nəfər oldu. 2013-cü ilin mart ayında adalarda keçirilən referendumda əhalinin əksəriyyəti Birləşmiş Krallığın tərkibində qalmağı seçdi. Lakin Argentina bu səsvermənin nəticələrini qəbul etməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 498 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrRusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü
Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrPaşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19 noyabr