Tramp: ABŞ İrandan yeni təklif alıb
ABŞ Prezidenti Donald Tramp İslamabaddakı görüşün uğursuzluğundan sonra İranın Vaşinqtona yeni təklif verdiyini açıqlayıb.
"Report"un məlumatına görə, o, bu barədə Palm-Biçdən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İranın danışıqlarda Amerika tərəfinə təklifi daha yaxşı olmalı idi.
"Maraqlısı odur ki, mən (xüsusi nümayəndə Stiv Uitkov və Cared Kuşnerin Pakistana səfərini - red.) ləğv etdikdən dərhal sonra 10 dəqiqə ərzində yeni sənədlər aldıq və onlar daha yaxşıdır", - Tramp bildirib.
Tehranın uran zənginləşdirilməsinə mümkün moratorium barədə soruşulduqda, Tramp "onlar çox şey təklif etdilər, amma bu, kifayət deyil", - deyib. O, həmçinin təkrar edib ki, İran nüvə silahına sahib olmamalıdır.
Daha əvvəl Vaşinqton administrasiyasının rəhbəri nümayəndələrinin İran danışıqları aparanlarla görüşmək üçün İslamabada səfərini ləğv etdiyini açıqlayıb. Onun sözlərinə görə, bütün kartlar ABŞ-nin əlindədir və səyahətlər çox vaxt itirir, İranla danışıqlar telefonla aparıla bilər.
Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
2026-cı il aprelin 8-i gecəsi İran, ABŞ və müttəfiqləri atəşkəs razılaşmasına nail olublar və ABŞ prezidenti Donald Tramp daha sonra bu razılaşmanı qeyri-müəyyən müddətə uzadıb.
Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun müzakirələrdən sonra tərəflər razılığa gəlmədən görüşü başa vurublar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Elton qızına toy edir
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Vəkil Orxan Kəngərli həbs edildi
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Avropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Rusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü