İranın Müdafiə Nazirliyi: Raket gücünün əhəmiyyətli hissəsi istifadə edilməyib
İranın raket gücünün əhəmiyyətli hissəsi istifadə edilməyib.
"Report"un "Fars" agentliyinə istinadən məlumatına görə, bunu İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talayinik deyib.
O qeyd edib ki, İran Silahlı Qüvvələri atəşkəsdən əvvəlki ana qədər səmanı öz nəzarətində saxlayıb.
"Raket potensialının əhəmiyyətli bir hissəsi də hələ də istifadə edilməmiş olaraq qalır", - sözçü bildirib.
O həmçinin vurğulayıb ki, Hörmüz boğazı İranın nəzarətindədir və İran xalqının tələblərinin həyata keçirilməsi üçün vacib rıçaqa çevrilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 308 Tarix: 26 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Moskvada Putinlə görüşə getməyəcəm" - Zelenski
Mən Moskvada Putinlə görüşə getməyəcəyəm, bu oyunları oynamıram. xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Biz Türkiyədə, İsveçrədə və ya Yaxın Şərqdə görüşə bilərik, amma o, hələlik müharibəni bitirmək istəmir. Rusiya bilməlidir ki, qış bizim üçün dəhşətli keçib və onla
16 iyunPentaqon UNO haqqında məxfi sənədlərin son hissəsini yayımladı
ABŞ Hərb Nazirliyi daha əvvəl məxfiləşdirilmiş UNO (uçan naməlum obyekt) görüntülərinin olduğu məlumatların növbəti partiyasını yayımlayıb. xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat verib. Materiallar toplusunda videolar, fotoşəkillər və şahid ifadələri daxil edilib. 2025-c
14 iyun"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın əvvəllər dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirməyə razılaşıb. "Report" xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb. İki mənbənin məlumatına görə, BƏƏ ümumilikdə 10 milyard dollar dəyərində səhmləri aktivləşdirməy
14 iyunİran Hörmüz boğazı ilə bağlı geri addım atdı
İran ABŞ ilə münaqişənin nizamlanmasına dair mümkün saziş çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb. "İran strateji boğazı açacaq v
14 iyunƏyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr
Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb. xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələ
14 iyun