Uşağınıza zarafatla belə deməyin: Ruhuna zərər verən 10 cümlə

Uşağınıza zarafatla belə deməyin: Ruhuna zərər verən 10 cümləValideyn olmaq səbir və diqqət tələb edən uzun bir yoldur. Lakin bəzən fərqinə varmadan, hətta zarafatla dediyimiz cümlələr uşağın psixologiyasında dərin izlər qoya bilər. Uşağın şəxsiyyətinin formalaşdığı dövrdə valideynin hər sözü onun daxili səsinə çevrilir. Elmi araşdırmalar sübut edir ki, bəzi ifadələr uşaqlarda özgüvən əskikliyi və daimi qayğı yaradır.

Milli.Az mütəxəssislərin uşaqlarla ünsiyyətdə "qara siyahı"ya saldığı o ifadələr və onların fəsadlarını təqdim edir:

"Sənə nə olub?" (Şəxsiyyətə hücum)

Bu sual uşaqda "Məndə bir problem var" düşüncəsini yaradır. O, öz hisslərini ifadə etməkdən qorxmağa başlayır və özünə olan inamını itirir.

"Məni çox üzürsən" (Duyğusal yük)
Öz emosional vəziyyətinizə görə uşağı məsuliyyətli tutmaq ona ağır günahkarlıq hissi yükləyir. Uşaq sizin xoşbəxtliyinizin qoruyucusu roluna girməməlidir.

"Körpə kimi davranma"
Uşaqlar qorxduqda və ya yorulduqda köhnə davranışlarına qayıda bilərlər. Onları zorla "böyük kimi" davranmağa sövq etmək, hiss etdikləri duyğunu inkar etmək deməkdir.

"Çox yaxşıdır, amma..."
Hər hansı bir nailiyyəti "amma" ilə tənqid etmək, bütün pozitivliyi məhv edir. Qoyun uşaq o an qələbəsinin dadını çıxarsın. Təkliflərinizi başqa vaxta saxlayın.

"Bunu almağa gücümüz çatmaz"
Ailənin maliyyə detalları uşaqda dərin qayğı və qeyri-müəyyənlik yaradır. Bunun əvəzinə "Büdcəmizi başqa vacib işlər üçün planlamışıq" demək daha doğrudur.

"Gedirəm, səni burada qoyacağam"
Bu təhdid uşaqda tərk edilmə qorxusunu tətikləyir. O, sizə daha çox yapışmağa başlayır, çünki özünü güvəndə hiss etmir.

"Sən ən özəlisən"
Uşağa digərlərindən "daha üstün" olduğunu demək narsisistik meylləri artıra bilər. Ona dəyərli olduğunu hiss etdirin, lakin başqalarından üstün olduğunu yox.

"Heç nəyin yoxdur, keçdi"
Əgər uşaq ağlayırsa, deməli, nəsə hiss edir. Bu cümlə onun fiziki və ya emosional ağrısını görməzdən gəlməkdir. Əvvəlcə onun acısını qəbul edin, sonra sakitləşdirin.

"Atan/Anan kimi davranma"
Bu, uşağı iki valideyn arasında seçim etməyə məcbur edən manipulyasiyadır. Uşaq özünü iki atəş arasında qalmış və huzursuz hiss edir.

"Mükəmməl ola bilərsən"
Mükəmməllik əlçatmaz bir hədəfdir. Uşaq buna çata bilmədikdə özünü uğursuz hiss edir. Nəticəni deyil, göstərilən səyi tərifləyin.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1123   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr