2 aylıq körpəsini öldürən ananın sözlərini eşidən şok olur - VİDEO
Türkiyənin Bolu vilayətinin Gerede rayonunda 2 aylıq körpəsini boğazını kəsərək öldürdüyü iddiası ilə həbs edilən ana ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə aprelin 25-də Gerede rayonunun Kitirlər məhəlləsində baş verib. Məlumata görə, 2 aylıq Ela C. evdə boğazı kəsilmiş vəziyyətdə ölü tapılıb. Cinayətdə şübhəli bilinən ana Serpil C. (30) evdən çıxaraq D-100 magistral yolu ilə Yeniçağa istiqamətində kilometrlərlə piyada hərəkət etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Qadın ilkin dindirilmə zamanı ittihamları qəbul etməyərək, "Körpəmi qətiyyən mən öldürməmişəm, onu kimin öldürdüyünü də bilmirəm" deyib. Daha sonra o, Gerede Rayon Ədliyyəsinə təhvil verilib və məhkəmənin qərarı ilə "xüsusi amansızlıqla qəsdən adam öldürmə" maddəsi ilə həbs olunub.
Məlumata görə, hadisədən dərhal sonra Serpil C. həyat yoldaşı Selahattin C.-yə zəng vuraraq, "Körpəyə nəsə oldu, mən evdən gedirəm" söyləyib və telefonu bağlayıb. Bu sözləri eşidən ata təşviş içində evə qayıdıb və 2 aylıq qızı Elanın cansız bədəni ilə qarşılaşıb.
Körpənin cənazəsi dünən Demircisopran kənd məscidində qılınan cənazə namazından sonra kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailənin 2024-cü ildə evləndiyi, Serpil C.-nin evdar qadın, Selahattin C.-nin isə fabrik işçisi olduğu bildirilib.
İddialara görə, mart ayının əvvəlində doğuş edən Serpil C. hadisədən təxminən bir ay əvvəl rayon xəstəxanasında müayinədən keçərkən, vəziyyətini müşahidə edən həkim ona psixiatriya şöbəsinə müraciət etməyi tövsiyə edib. Daha sonra ailənin Boludakı özəl xəstəxanaya getdiyi qeyd olunur.
Göz yaşları içində keçirilən dəfn mərasimində ayaq üstə dayanmaqda çətinlik çəkən ata Selahattin C. mərasimdən sonra özünü pis hiss edib. Sinir böhranı keçirdiyi bildirilən kişi xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Faktla bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 813 Tarix: 28 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPirallahıda əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar
Pirallahıda oğurluq edən, əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb. -ın əldə etdiyi məlumata görə, polis rayon ərazisində iki ayrı oğurluq faktı üzrə əməliyyat tədbirləri həyata keçirib. Müəyyən edilib ki, şəxslərdən biri anbar kimi istifadə olunan tikilidən soyuducu və kondisioner mühərrikləri
28 noyabrNərgizi öldürəndən sonra parçalayan ata və ögey anaya hökm oxundu
2020-ci ildə itkin düşən, 4 il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi üzə çıxan 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın ölüm işi ilə bağlı məhkəmə prosesi yekunlaşıb. -a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qismind
28 noyabrHəyatını itirən gəlinin anası danışdı: "Onlardan şikayətçiyəm" - VİDEO
Bərdədə dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva hadisə ilə bağlı bir sıra iddialar səsləndirib. "Qafqazinfo"ya danışan Ş. Quliyeva hadisə barədə gecə saat 03:00 radələrində xəbər tutduğunu bildirib. Ona qızını
28 noyabrDondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14 noyabrArvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasının çəkilməmi
14 noyabrBakıda yaşayış binasında yanğın - Fotolar
Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov, 89 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələr
26 noyabrPaytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb
14 noyabrQadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
Sosial şəbəkələrdə bir qadının zorakılığa məruz qalması və həyatının təhlükə altında olması barədə görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşılan videoda qadının bədənindəki xəsarətlər əks olunub. O, Abbas Həsənli adlı şəxs tərəfindən döyüldüyünü və təhdid edildiyini iddia edib
25 noyabr