İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətlərinə toxunub. Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxunub.
Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş edib.
Qonaq dövlətimizin başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbriklərini çatdırıb.
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini xatırlayıb və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulandı, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunulub, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirilib.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu