İlham Əliyev albaniyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimiz dinamik inkişaf edərək hazırda yeni məzmun kəsb etməkdədir. Siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə ənənəvi dostluq münasibətlərimizin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə və daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 178 Tarix: 28 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Əli Əsədova "Şərəf" ordeni verdi
Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərənam imzalayıb. Sərəncama görə, o, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə təltif edilib
28 noyabrPrezident Çexiya ilə sazişi təsdiqlədi
"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanıb
23 noyabrMehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram - Foto
Hanoyda keçirilən rəsmi nahardan yayılan fotolarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və qızları Leyla Əliyeva ilə Arzu Əliyevanın geyim seçimi diqqət çəkib. xəbər verir ki, onlar Vyetnam mədəniyyətinə hörmət əlaməti olaraq tədbirə bu ölkənin milli geyimlərində qatılıblar. Noyabrın 21-d
21 noyabrİlham Əliyev Maka Boçorişvilini qəbul etdi - Foto
Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar
24 noyabrİlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən "Azərbayca
21 noyabrAzərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"
21 noyabr