Afrika iki hissəyə bölünə bilər: Alimlər yeni okeanın yaranmasını istisna etmir
Alimlərin fikrincə, Afrikanın şərq hissəsi geoloji baxımdan parçalanmaya yaxınlaşır və gələcəkdə burada yeni okeanın yaranması mümkündür.
Qaynarinfo xəbər verir ki, bu barədə "ORIGO" nəşri yazıb.
Məlumata görə, Şərqi Afrika rift sistemi daxilində yerləşən Turkana çökəkliyinin altında Yer qabığı kritik dərəcədə nazikləşib. Transafrika rift xətti Keniya və Efiopiya ərazisində təxminən 500 kilometr boyunca uzanır və Afar yaylasından Mozambikə qədər davam edən geniş qırılma zonasının bir hissəsidir.
Alimlər bildirirlər ki, bu bölgədə Afrika və Somali tektonik plitələri hər il təxminən 4,7 millimetr məsafədə bir-birindən uzaqlaşır. Bu proses insan ölçüləri ilə demək olar hiss olunmasa da, geoloji miqyasda böyük dəyişiklik hesab olunur.
Tədqiqatçılar qeyd edirlər ki, bu qırılma artıq inkişaf etmiş mərhələdədir. Çökəkliyin mərkəzində Yer qabığının qalınlığı cəmi 13 kilometr təşkil edir, halbuki daha uzaq ərazilərdə bu göstərici 35 kilometrdən çox ola bilər.
Alimlər ehtimal edirlər ki, növbəti mərhələ "okeanlaşma" prosesi ola bilər. Bu zaman Yerin dərinliklərindən qalxan maqma yeni okean dibinin formalaşmasına səbəb olacaq. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu proses milyonlarla il çəkir və Afrikanın parçalanması qısa müddətdə baş verməyəcək.
Qeyd edək ki, daha əvvəl Antarktidada buz qatlarının altında gizlənmiş "xəyal qitə"nin aşkar edildiyi bildirilmişdi. Alimlər onun mənşəyini tam izah edə bilməsələr də, bu quruluşun Sakit okeanda yerləşən Zelandiya ilə əlaqəli olduğunu düşünürlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 674 Tarix: 29 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrRusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü
Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrPaşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19 noyabr