"Chanel"in yeni ayaqqabısı tənqid edilir
Moda dünyasının ən köklü markalarından biri olan Chanel bu dəfə trend yaratmaqdan çox qeyri-adi və demək olar ki, "yox səviyyəsində" görünən ayaqqabı modeli ilə gündəmə gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, marka 2026/2027 yaz-yay kolleksiyasını Nicole Kidman da daxil olmaqla bir çox məşhur simanın qatıldığı xüsusi tədbirdə təqdim edib. Lakin podiumda nümayiş olunan kolleksiyanın ən çox diqqət çəkən parçası modellərin geyindiyi çılpaq ayaq effekti yaradan sandal olub.
Ayaqqabının dizaynında yalnız daban hissəsində incə platforma və topuq nahiyəsini əhatə edən bağlar diqqət çəkir. Ayaq barmaqları, daban və taban hissəsi böyük ölçüdə açıq qaldığı üçün model "ayaqqabısız ayaqqabı" kimi xarakterizə olunub.
Sosial şəbəkə istifadəçiləri bahalı sandala sərt reaksiyalar veriblər. Şərhlərdə "Buna ayaqqabı deməyə min şahid lazımdır", "Yaxşıdır, amma qalan hissəsi haradadır?", "Bu absurda hansı tələb var?", "İnsanlar bu qədər sadəlövhdür, yoxsa markalar çox hiyləgərdir?", "Daban hissəsini düzəltmək zəhmət olub", "Bunu çimərlikdə necə geyinəcəyik, ayaqlarımız yanar", "Biabırçılıqdır, bunu harada geyinək?" kimi fikirlər səsləndirilib.
Qeyd edək ki, qeyri-adi sandalın dizaynı Matthieu Blazy imzasını daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 596 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Venerada müəmmalı halqalar aşkarlandı
Alimlər Veneranın atmosferinin yuxarı qatlarında nəhəng konsentrik halqalar aşkar ediblər. Bu halqalar planetin Günəş işığı düşən yarımkürəsinin böyük hissəsini əhatə etsə də, adi əks olunmuş işıqda görünməyib və yalnız xətti polyarizasiya üsulu ilə aparılan müşahidələr zamanı üzə çıxıb. xarici mediay
29 iyulSakit okeanda itkin düşən dənizçinin bir ay sağ qalmasının sirri məlum olub
Sakit okeanda tək səyahət zamanı itkin düşən ABŞ-li dənizçi Kay Sato 30 günlük dreyfdən sonra sağ tapılıb. xarici mediaya istinadla xəbər verir ki, dənizçini sahildən yüzlərlə mil aralıda konteyner gəmisinin heyəti xilas edib. Kaliforniyadan olan şəxs 2026-cı ilin 7 iyununda okeanı təkbaşına üzüb keçmə
29 iyulEv təmiri zamanı ən çox rast gəlinən problemlər hansıdır?
Ev təmiri zamanı ən çox rast gəlinən problemlərdən biri hazırlıq işlərinin tam görülməməsidir. Divarlar yoxlanılmadan boya vurulur, döşəmə hamarlanmadan üzlük çəkilir. Köhnə elektrik və su xətləri dəyişdirilmədən saxlanılır. Bu isə sonradan yenidən təmir aparılmasına səbəb olur. Dəqiq ölçü götürülməməs
31 iyulPaltaryuyan maşında sıxmadan sonra paltarların yaş qalmasının SƏBƏBİ
Paltaryuyan maşından islanmış paltar çıxarmaq hər kəsi narahat edir. Lakin bu problem hər zaman ciddi nasazlıqdan xəbər vermir. Bir çox hallarda səbəbi özünüz müəyyən edib aradan qaldıra bilərsiniz. xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə təhlükəsizlik qaydalarına əməl edin. Maşını elektri
2 avqustMənzil alarkən minlərlə manat itirə bilərsiniz - Səbəblər
Daşınmaz əmlak almaq insanların həyatı boyunca verdikləri ən mühüm qərarlardan biridir. Lakin bu arzunu reallaşdırarkən edilən kiçik bir səhv sonradan həm ciddi maddi zərərə, həm də uzunmüddətli hüquqi problemlərə səbəb ola bilər. -a istinadla xəbər verir ki, alıcıların böyük əksəriyyəti eyni yanlışlıqlar
1 avqustMəşhur filmin bəstəkarı evində ölü tapıldı
Fransız DJ. və elektropop musiqiçisi, "Kavinski" kimi tanınan Vensan Belorje Parisdəki evində ölü tapılıb. xarici mediaya istinadla bildirir ki, 50 yaşlı sənətçinin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün prokurorluq araşdırmaya başlayıb. Təcili yardım əməkdaşları hadisə yerində şübhəli he
29 iyul