İki ayrı müəssisədən seyf oğurluğu edən dəstə saxlanılıb
Bursada iki müəssisədən seyfləri oğurlayan maskalı dəstə saxlanıldı
Türkiyənin Bursa vilayətinin Kestel rayonunda iki ayrı müəssisədə baş verən seyf oğurluğu hadisələri jandarma əməkdaşlarının iki ay davam edən araşdırması nəticəsində açılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayında baş verən oğurluq hadisələri zamanı müəssisələrdən ümumilikdə 2 milyon lirə dəyərində maddi ziyan vurulub. Bunun ardından Bursa İl Jandarma Komandanlığına bağlı qruplar genişmiqyaslı araşdırmaya başlayıb.
İstintaq çərçivəsində rayon ərazisində yerləşən təhlükəsizlik kameralarının görüntüləri bir-bir incələnib. Ümumilikdə 126 saatlıq video qeydlərə baxılıb, həmçinin 16 min avtomobil nömrəsi yoxlanılıb.
Toplanan dəlillər əsasında hadisələrdə iki fərqli avtomobildən istifadə olunduğu müəyyən edilib. Sonrakı mərhələdə həmin nəqliyyat vasitələrinin hərəkət marşrutları izlənilib, texniki və fiziki nəzarət tədbirləri gücləndirilib.
Araşdırma zamanı şübhəlilərin hadisədən əvvəl ərazidə kəşfiyyat apardıqları, gecə saatlarında müəssisələrə daxil olaraq seyfləri oğurladıqları və qısa müddətdə ərazidən uzaqlaşdıqları müəyyən olunub.
Toplanan bütün məlumatlar əsasında kimlikləri müəyyən edilən 5 nəfərə qarşı eyni vaxtda əməliyyat keçirilib. Saxlanılan şəxslərdən 4-ü məhkəmə qərarı ilə həbs edilib, 1 nəfər isə məhkəmənin qərarı ilə nəzarət şərti ilə sərbəst buraxılıb.
Qeyd edək ki, oğurluq anları müəssisələrin təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 606 Tarix: 30 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrQızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO
İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda
29 sentyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabr