Bu ağrı xərçəngin əlaməti ola bilər: onkoloqlardan XƏBƏRDARLIQ

Bu ağrı xərçəngin əlaməti ola bilər: onkoloqlardan XƏBƏRDARLIQHəkimlər mədəaltı vəzi xərçənginin ən çox diqqətdən kənarda qalan əlamətlərindən birini açıqlayıblar - uzun müddət davam edən küt bel ağrısı. Qeyri-müəyyən əlamətlərə görə bu xəstəlik çox vaxt gec mərhələdə aşkar edilir. İnsanların tez-tez yorğunluq, narahat duruş və ya əzələ dartılması ilə əlaqələndirdiyi davamlı, sızıltılı bel ağrısı bəzi hallarda mədəaltı vəzi xərçəngindən xəbər verə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər bu əlaməti görməzlikdən gəlməmək barədə xəbərdarlıq edir, çünki xəstəlik çox vaxt artıq irəliləmiş mərhələdə diaqnoz qoyulur.

Onkoloqlar izah edir ki, mədəaltı vəzi xərçəngini erkən mərhələdə aşkar etmək çətindir, çünki onun əlamətləri çox vaxt zəif ifadə olunur və tədricən yaranır. Pasiyentlərin tez-tez qiymətləndirmədiyi ən yayılmış siqnallardan biri qarının yuxarı hissəsində və ya beldə keçməyən davamlı və ya küt ağrıdır.

Mədəaltı vəzi qarın boşluğunda, onurğaya yaxın dərinlikdə yerləşir. Buna görə də ağrı qarından çox bel nahiyəsinə yayıla bilər və bu səbəbdən tez-tez fiziki yüklənmə və ya əzələ problemi kimi qəbul edilir. Xüsusilə hərəkət və fiziki aktivliklə əlaqəli olmayan, uzun müddət davam edən ağrılara diqqət yetirmək lazımdır.

İnsanların çox vaxt fərqinə varmadığı digər əlamətlərə səbəbsiz çəki itkisi, davamlı yorğunluq, iştahanın azalması, sarılıq və həzm problemləri daxildir. Bu əlamətlər daha yüngül xəstəlikləri xatırlada bildiyi üçün pasiyentlər çox vaxt həkimə müraciəti gecikdirirlər.

Ekspertlər qeyd edir ki, bel ağrısı əksər hallarda xərçənglə əlaqəli olmasa da, qeyri-adi və ya uzunmüddətli əlamətləri diqqətdən kənarda qoymaq olmaz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 749   Tarix: 30 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR

Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ

14 sentyabr 2021
.

Payızın 4 trend rəngi - FOTO

Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın

8 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021