"Bu gün əldə olunmuş nəticələrin arxasında yüksək siyasi iradə dayanır" - DEPUTAT
"Dünən Ermənistan Respublikasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının on üçüncü iclası keçirilib. Azərbaycan və Ermənistan arasında illərdir davam edən sərhəd məsələsində mühüm irəliləyiş qeydə alınıb".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputat Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin tranziti uğurla davam edir:
"Bundan əlavə, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında yeni iqtisadi münasibətlərin formalaşdığını göstərən mühüm amildir. Bu fakt yalnız siyasi deyil, iqtisadi sahədə də qarşılıqlı əlaqələrin inkişaf etdiyini ortaya qoyur.
Dünənki görüş Azərbaycan-Ermənistan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Sərhədin delimitasiyası istiqamətində konkret mexanizmlərin razılaşdırılması gələcəkdə mümkün gərginliklərin qarşısını almaq üçün mühüm təminat rolunu oynayır.
Düşünürəm ki, iqtisadi əməkdaşlığın genişlənməsi tərəflər arasında etimadın möhkəmlənməsinə xidmət edir. Bu gün əldə olunmuş nəticələrin arxasında isə yüksək siyasi iradə dayanır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu