17 yaşlı oğlan 5 il əvvəl atasını döyən şəxsi öldürüb

17 yaşlı oğlan 5 il əvvəl atasını döyən şəxsi öldürübBursada 17 yaşlı gənc 5 il əvvəl atasını döydüyünü iddia etdiyi şəxsi güllələdi: ölən var

Türkiyənin Bursa vilayətində 17 yaşlı yeniyetmə 5 il əvvəl atasını döydüyünü iddia etdiyi şəxsi ov tüfəngi ilə vuraraq öldürüb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İnegöl rayonunun Sinanbey məhəlləsi, 22-ci Metal küçəsində yerləşən iş yerində aprelin 30-u saat 13:30 radələrində baş verib.

Məlumata görə, 5 il əvvəl Ahmet Demir (51) ilə Ergün Ş. (50) arasında naməlum səbəbdən dava düşüb. Həmin vaxt Ahmet Demirin Ergün Ş.-ni döydüyü iddia olunub. Bu hadisəyə görə kin saxlayan Ergün Ş.-nin oğlu Ömer İsa Ş. (17), atasını döydüyünü düşündüyü şəxsi avtotəmir sexində görüb.

Bundan sonra geri qayıdan yeniyetmə tüfəng götürərək dostu Alparslan C.-nin (18) idarə etdiyi avtomobillə hadisə yerinə gəlib. O, əlindəki ov tüfəngi ilə Ahmet Demirə dəfələrlə atəş açıb.

Hücum zamanı bədəninə dəyən qəlpələr səbəbindən ağır yaralanan Ahmet Demir qan içində yerə yıxılıb. Şübhəlilər isə gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.

Yaralı əvvəlcə İnegöl Dövlət Xəstəxanasına, daha sonra isə Bursa Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsində müalicə alan Ahmet Demir həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Hadisədən sonra əməliyyata başlayan polis əməkdaşları Ömer İsa Ş. və Alparslan C.-ni saxlayaraq nəzarətə götürüblər.

Ömer İsa Ş. ifadəsində atasının 5 il əvvəl döyüldüyünü, həmin şəxsdən qisas almağı düşündüyünü və onu gördükdə atəş açdığını bildirib.

Məhkəməyə çıxarılan şübhəlilərdən Ömer İsa Ş. barəsində həbs qətimkan tədbiri seçilib. Alparslan C. isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 884   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı

Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Salahov 9 il azadlıqdan məhrum edilib. İttihama görə, hadisə rayonun Mahrızlı kəndind

11 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Gəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu

Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi

11 oktyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Qızı ilə çörək almağa gedən ata motosikletin qurbanı oldu - VİDEO

İstanbulun Başakşehir rayonunda 45 yaşlı Mehmet Kartop 12 yaşlı qızı ilə çörək almağa gedərkən motosikletin vurması nəticəsində yaralanıb. Hadisə anı təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, sürətlə hərəkət edən və nömrəsi müəyyənləşdirilməyən motosiklet Kartopa çırpıldıqda

29 sentyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr