Təbiətdə gözlənilməz kəşf: Quşlar qadın və kişini bir-birindən ayırır
Şəhər quşları qadınların yaxınlaşdığını gördükdə, kişilərlə müqayisədə daha tez təhlükəsiz məsafəyə çəkilməyə qərar verirlər.
Oxu.Az xəbər verir ki, beynəlxalq bioloqlar qrupu belə bir qənaətə gəlib və tədqiqatın nəticələri "People and Nature" jurnalında dərc olunub.
Alimlər tədqiqat zamanı "qorxu məsafəsi" amilini araşdırıblar. Bu, quşun insan yaxınlaşdıqda geri çəkilmək üçün kifayət hesab etdiyi kritik məsafədir. Təcrübə beş Avropa ölkəsində - Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyada aparılıb. Tədqiqatda oxşar boyda və eyni tərzdə geyinmiş kişi və qadınlar iştirak ediblər. Onlardan şəhər parklarında quşlara doğru düz xətt üzrə yavaş-yavaş hərəkət etmək istənilib.
Təhlillər göstərib ki, bütün hallarda quşlar qadınların yaxınlaşmasına daha kəskin reaksiya veriblər. Orta hesabla quşlar, uçmazdan əvvəl kişilərin onlara qadınlara nisbətən təxminən bir metr daha çox yaxınlaşmasına icazə veriblər. Bu davranış tədqiq olunan bütün 37 quş növündə eynilə müşahidə edilib. Ümumilikdə 2 701 ölçmə aparılıb.
Bu davranışın dəqiq səbəbləri hələlik naməlumdur. Tədqiqatçıların ehtimalına görə, quşların ayırd edə bildiyi qoxular, hərəkət tərzi və ya digər davranış siqnalları burada rol oynaya bilər. Lakin bu fərziyyələr əlavə yoxlamalar tələb edir. Müəlliflər vurğulayırlar ki, əldə edilən məlumatlar şəhər mühitində vəhşi təbiətlə insanlar arasındakı qarşılıqlı təsiri anlamaq üçün vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 593 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
7 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabr