Milyardlarla insanın çubuqla yemək yeməsinin əsl səbəbi

Milyardlarla insanın çubuqla yemək yeməsinin əsl səbəbiAsiya qitəsində milyardlarla insanın yemək yeyərkən çubuqlardan (chopsticks) istifadə etməsi sadəcə bir seçim deyil, dərin fəlsəfi, tarixi və sağlamlıq səbəblərinə söykənən bir mədəniyyətdir. Aparılan araşdırmalar bu qədim ənənənin pərdəarxası məqamlarını üzə çıxarıb.

Milli.Az xəbər verir ki, ilk baxışda sadə bir alət kimi görünsə də, çubuqların süfrəyə gəlişi həm sülh fəlsəfəsi, həm də praktiki ehtiyaclarla bağlıdır.

Konfutsi fəlsəfəsi: Süfrədə silaha yer yoxdur
Yemək çubuqlarının geniş yayılmasında məşhur filosof Konfutsiyin böyük rolu var. Onun təliminə görə, bıçaq şiddəti və müharibəni xatırladan bir silahdır.

Dinclik və tarazlığın olması gərəkən yemək masasında "silahın" (bıçağın) yeri yoxdur.

Bu fəlsəfə səbəbindən qidalar mətbəxdə kiçik tikələrə bölünür, masaya isə yalnız bu zərif çubuqlar gətirilir.

Mətbəx maşasından süfrəyə: 2400 illik tarix
Çubuqlar ilk dəfə yarandıqda yemək yemək üçün deyil, qaynar qazanlardakı qidaları çevirmək üçün bir növ mətbəx maşası kimi istifadə edilirdi. Şan sülaləsi dövründə isə bu alətin praktikliyi anlaşıldı və o, birbaşa süfrə mədəniyyətinə daxil oldu.

Ölkələrə görə çubuqların fərqi
Asiya mətbəxində hər ölkənin özünəməxsus çubuq forması və materialı var:

Yaponiya: Adətən bambukdan hazırlanmış, ucu iti və yüngül çubuqlardır. Balıq təmizləmək və sümükləri ayırmaq üçün idealdır.

Koreya: Dünyada metal çubuq istifadə edən tək mədəniyyətdir. Qədimdə kral ailələri yeməkdə zəhər olub-olmadığını yoxlamaq üçün gümüş çubuqlardan istifadə edərdilər (zəhər gümüşü qaraldırdı). Bu ənənə indi də şık metal çubuqlarla davam edir.

Çin: Daha uzun və ucu küt çubuqlardan istifadə olunur. Məqsəd böyük dövrə vuran masalarda uzaqdakı yeməklərə asanlıqla çatmaqdır.

Arıq qalmağın sirri: Təbii pəhriz
Qidalanma mütəxəssisləri müəyyən ediblər ki, çubuqla yemək yemək əslində bir sağlamlıq metodudur.

Çubuqlar tikələri kiçildir və yemə sürətini yavaşladır. Bu, beyinə "doydum" siqnalının çatması üçün vaxt qazandırır.

Daha az yeməyə və həzmi asanlaşdırmağa kömək edir. Uzaq Şərq insanlarının formada qalmasının bir sirri də budur.

Çubuq istifadəsinin qəti qaydaları var. Məsələn, Yaponiyada çubuqları düyü kasasına şaquli (dik) şəkildə sancmaq böyük hörmətsizlik sayılır. Çünki bu hərəkət yalnız cənazə mərasimlərində icra edilən bir ritualdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 479   Tarix: 02 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

7 noyabr
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

8 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr