Ata və oğul arasında bıçaqlı dava: hər ikisi yaralandı - VİDEO

Ata və oğul arasında bıçaqlı dava: hər ikisi yaralandı - VİDEOTürkiyənin Nevşehir şəhərində ata ilə oğul arasında baş verən mübahisə qanlı insidentlə nəticələnib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, olay şəhərin 2000 Evler məhəlləsində qeydə alınıb.

İddialara əsasən, B.B. ilə atası Y.B. arasında yaşadıqları binanın girişində naməlum səbəbdən mübahisə yaranıb. Qısa müddətdə gərginləşən mübahisə davaya çevrilib. Dava zamanı B.B.-nin üzərində olan bıçaqdan istifadə etməsi nəticəsində həm özü, həm də atası yaralanıb.

Hadisə zamanı ağır yaralanan ata Y.B. yerə yıxılıb. Oğlu B.B. isə hadisədən sonra arxasına belə baxmadan ərazidən qaçıb. Şübhəlinin qaçdığı anlar ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım və polis əməkdaşları yaralıya ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya çatdırıblar. Y.B. Nevşehir Dövlət Xəstəxanası yerləşdirilərək müalicə altına alınıb.

Polis əməkdaşları tərəfindən qısa müddətdə saxlanılan B.B.-nin də yaralı olduğu müəyyən edilib və onun şəhərdəki başqa bir xəstəxanada müalicəsinin davam etdirildiyi bildirilib.

Faktla bağlı araşdırmalar davam edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 489   Tarix: 04 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər yeni bioloji saatı təqdim etdilər

Beynəlxalq alimlər qrupu qocalma prosesinin öyrənilməsi üçün yeni bir alət təqdim edib. Genlərin fəaliyyətini təhlil edən bu sistem orqanizmin bioloji yaşını və ölüm riskini müəyyən etməyə imkan verir. Tədqiqat müəlliflərinin fikrincə, yeni metod xəstəliklərin, dərmanların və həyat tərzinin qocalma prosesin

16 iyun
.

Duzun saxta olduğunu öyrənməyin asan yolu

Supermarket rəflərində onlarla oxşar duz növünə rast gəlmək olar. Qablaşdırmadakı "təbii" və "əlavəsiz" etiketlər çox vaxt çaşdırıcı olur. Bir çox insan süfrəsinə qoyduqları məhsulun həqiqətən yüksək keyfiyyətli olub-olmadığını müəyyən etməkdə çətinlik çəkir. -ın xəbərinə görə, bununl

14 iyun
.

Fransada futbolçu danışılmış oyunlara görə saxlanıldı

Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb. xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilə

18 iyun
.

Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu

"Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir". xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsa

14 iyun
.

Mətbəx dizaynında yeni dövr başlayır - Soyuducular gizlədilir

Mətbəx dizaynında səssiz, lakin nəzərəçarpacaq dəyişiklik baş verir. Bir vaxtlar mətbəxin diqqət çəkən və dominant elementlərindən biri olan soyuducu artıq açıq şəkildə görünmür. xəbər verir ki, onun yerini mətbəx mebellərinə uyğunlaşdırılmış, fasad arxasında gizlədilən quraşdırılan soyuducular tutur

18 iyun
.

Orqanizmdə xroniki iltihabı azaldan məhsullar

Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən qida məhsullarını açıqlayıblar. Aparılan tədqiqatlar göstərir ki, xroniki iltihab ürək-damar xəstəlikləri və diabet də daxil olmaqla, bir sıra ciddi problemlərin riskini artırır. "Healthline" portalına istinadən xəbə

17 iyun
.

Çayın ətrini artıran və bayatlaşmasının qarşısını alan üsul

Çay gün ərzində bir çox insanın zövqlə içdiyi əvəzolunmaz içkilərdən biridir. Lakin dəmlənmiş çayın qısa müddətdə bayatlaşması və zaman keçdikcə ətrini itirməsi tez-tez rast gəlinən problemlərdəndir. Buna görə də çayın daha uzun müddət təzə qalmasını təmin edən üsullar böyük maraq doğurur. xəbər veri

14 iyun
.

Paltarlar niyə tez köhnəlir? - Səbəb yanlış yuma rejimi ola bilər

Demək olar ki, bütün paltaryuyan maşınlarda "Easy-Care" və ya "Zərif yuma" proqramı mövcuddur. Lakin mütəxəssislərin sözlərinə görə, əksər istifadəçilər bu rejimin təyinatını düzgün başa düşmür. Nəticədə paltarlar daha tez köhnəlir, üzərində tiftiklər əmələ gəlir və parça deformasiyay

19 iyun
.

Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etdi

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edərək Rusiya Federasiyasına dost olan ölkələrdən də daxil olmaqla 80-dən çox fiziki və hüquqi şəxsi "qara siyahı"ya salıb. xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Sanksiyalar aşağıdakılara qarşı tətbiq edilib:. - "LUKOY

15 iyun