İnsan kəllə sümüyünün forması sürətlə dəyişir
Köhnə ailə albomlarına baxarkən və ya tarix kitablarındakı qara-ağ portretləri incələyərkən keçmiş dövrlərdə insanların üz cizgilərində izahı çətin fərqlilik hiss olunur. Bu fərq adətən dövrün geyim tərzinə, foto texnikasına və ya ciddi ifadələrə bağlanır.
Qaynarinfo xəbər verir ki, Tokio Universiteti tərəfindən aparılan yeni araşdırma bu fərqin yalnız estetik deyil, birbaşa sümük quruluşu ilə əlaqəli olduğunu sübut edib.
Alimlər insan kəllə sümüyünün cəmi bir neçə nəsil ərzində sürətlə dəyişdiyini müəyyənləşdirib. Başqa sözlə, təkcə həyat tərzimiz deyil, başımızın fiziki forması da zamanla uyğunlaşaraq yenidən formalaşır.
Tədqiqatçılar bu dəyişimi araşdırmaq üçün 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid kəllə sümüklərini müasir dövr insanları ilə müqayisə ediblər. Ümumilikdə 56 tarixi nümunə 2020-ci illərdə vəfat etmiş insanların anatomik göstəriciləri ilə qarşılaşdırılıb. Kompüter tomoqrafiyası vasitəsilə 161 müxtəlif nöqtədən əldə edilən məlumatlar insan başının zaman içindəki dəyişimini aydın şəkildə ortaya qoyub.
Nəticələr keçmişdə daha oval və uzunsov olan kəllə formalarının müasir dövrdə daha geniş və yumru strukturlarla əvəz olunduğunu göstərir. Xüsusilə kişilərdə bu dəyişiklik daha qabarıq müşahidə edilir və qadınlarla kişilər arasındakı kəllə fərqlərinin tarixdə heç olmadığı qədər aydınlaşdığı bildirilir.
Ətraf mühit amillərinin təsiri
Bəs bu qədər qısa zamanda, təkamül üçün "göz qırpımı" sayılacaq müddətdə sümük quruluşu necə dəyişə bilər? Mütəxəssislərin fikrincə, bu proses genetik mutasiyadan çox qidalanma və sağlamlıq şəraitinin yaxşılaşması ilə bağlıdır. Müasir qidalanmada yumşaq ərzaqların artması çənə əzələlərinə düşən yükü azaldıb. Bu isə üz skeletinin inkişafına birbaşa təsir göstərib. Eyni zamanda boy artımına təsir edən ətraf mühit faktorları kəllənin yuxarı hissəsinin də genişlənməsinə səbəb olub. Orta əsrlərə aid "Qara ölüm" dövründən qalan skeletlər üzərində aparılan oxşar tədqiqatlar da beyin boşluğunun zamanla təxminən 10 millimetr genişləndiyini təsdiqləyir.
İnsan skeletinin bu qədər çevik və xarici təsirlərə açıq olması məhkəmə tibbindən arxeologiyaya qədər bir çox sahə üçün mühüm nəticələr doğurur. Əgər insan skeleti düşündüyümüzdən daha sürətlə dəyişirsə, keçmişi analiz etmək üçün istifadə olunan metodların da yenilənməsi zərurət yarana bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 738 Tarix: 05 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabr