İsgəndəriyyədə nadir Roma villası və ictimai hamam aşkarlandı
Arxeoloqlar Misirin İsgəndəriyyə şəhərində nadir ictimai hamam və mozaika döşəməli Roma villasının qalıqlarını aşkar ediblər.
Qaynarinfo-nun Arkeonews-a istinadən məlumatına görə, tapıntılar qədim şəhərin zamanla necə inkişaf etdiyini və məskunlaşmanı aydın şəkildə göstərir.
Qalıqlar şəhərin cənub-şərq hissəsində, uzun müddətdir yenidən qurulmayan Məhərrəm-Bək rayonunda aparılan qazıntılar zamanı üzə çıxarılıb. Ərazidə Ptolemey, Roma və Bizans dövrlərinə aid artefaktların tapılması tarixi xəritələrin yenidən nəzərdən keçirilməsinə imkan yaradır.
Tədqiqatçılar bildirirlər ki, bu kəşf həmin ərazinin Bizans dövrünə qədər şəhərin tərkib hissəsi olaraq qaldığını təsdiqləyir. Sonrakı tənəzzülün isə İsgəndəriyyənin ümumi inkişafındakı qlobal dəyişikliklərlə bağlı olduğu ehtimal edilir.
Aşkar edilən ictimai hamam dairəvi - "tolos" formasında inşa edilib və Ptolemey dövrünün son mərhələsinə aid edilir. Həmin dövrə aid belə tikililər nadir hallarda yaxşı qorunub saxlanıldığı üçün bu tapıntı xüsusi əhəmiyyət daşıyır. Arxeoloqlar hamamın daha böyük kompleksin bir hissəsi ola biləcəyini ehtimal edərək ətraf sahələrdə araşdırmaları davam etdirirlər.
Hamamdan bir qədər aralıda isə mozaika döşəməli Roma villasının qalıqları aşkar olunub. Villanın döşəməsi müxtəlif texnikalarla - rəngli daş parçaları və xırda kub formalı çınqıllarla bəzədilib. Həmçinin, yaşayış kompleksində su təchizatı sisteminə qoşulmuş kiçik hovuzun mövcudluğu müəyyən edilib. Bu fakt Roma dövründə şəhər elitasının yüksək yaşayış səviyyəsinə malik olduğunu göstərir.
Qazıntılar zamanı sikkələr, yağ lampaları, saxsı qablar və möhürlənmiş amfora parçaları da tapılıb. Bu artefaktlar İsgəndəriyyənin Aralıq dənizinin uzaq bölgələri ilə geniş ticarət əlaqələrinə malik olduğunu sübut edir.
Bundan əlavə, arxeoloqlar mərmər heykəllər də üzə çıxarıblar. Tapıntılar arasında Bakx və Asklepiylə əlaqəli fiqurlar, eləcə də Minerva təsvirli başsız heykəl yer alır.
Hazırda bütün artefaktlar bərpa üçün mütəxəssislərə təqdim olunub. Gələcəkdə ən dəyərli nümunələrin İsgəndəriyyə Yunan-Roma Muzeyində sərgilənməsi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl İsveçrədə də arxeoloqlar keçmiş hərbi qala ərazisində təxminən 2000 illik kömürləşmiş Roma çörəyi aşkar etmişdilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 663 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrRusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü
Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrPaşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19 noyabr