Alimlərdə 2027-ci il ilə bağlı XƏBƏRDARLIQ! Quraqlıq, daşqın və tropik fırtınalar
ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avropa Ortamüddətli Hava Proqnozları Mərkəzi (ECMWF) tərəfindən yayımlanan yeni iqlim proqnozları dünyada güclü "Super El Nino" hadisəsinin baş vermə ehtimalının artdığını göstərib.
BAKU.WS xəbər verir ki, bu proses qlobal temperaturun kəskin yüksəlməsinə səbəb ola və 2027-ci ilin tarixdə ən isti illərdən biri kimi qeydə alınmasına gətirib çıxara bilər.
Alimlərin sözlərinə görə, Sakit Okean səthində su temperaturunun normadan xeyli yüksəlməsi ilə formalaşan El Nino hava sistemləri dünyanın müxtəlif bölgələrində iqlim balansını dəyişir. Yeni proqnozlara əsasən, ekvatorial Sakit okeanda suyun temperaturu payız aylarında normadan təxminən 3 dərəcə yüksək ola bilər.
Qeyd olunub ki, El Ninonun "super" kateqoriyasına daxil edilməsi üçün temperatur artımı ən azı 2 dərəcə olmalıdır. Bu həddin aşılması isə daha sərt hava hadisələrinə yol aça bilər.
İqlim mütəxəssisləri hesab edirlər ki, güclü El Nino təsiri 2026-cı ilin sonuna qədər davam edərsə, 2027-ci ildə dünyada rekord istilər, quraqlıq, daşqın və tropik fırtınaların sayı arta bilər.
Mütəxəssislər hökumətləri və fövqəladə hallar qurumlarını mümkün iqlim risklərinə qarşı əvvəlcədən hazırlıq görməyə çağırırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 966 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində ayıların hücumu ilə əlaqədar komendant saatı tətbiq edilib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, qərarla axşam saat 19:00-dan etibarən insanların küçələrdə, parklarda və meşə massivlərində olması qadağan olunub. Şəhə
18 sentyabrABŞ fond indeksləri hərracı enişlə başa vurdu
ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla
15 sentyabrBu ölkə kitab oxuyanlara pul verəcək
Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali
17 sentyabrTramp: Ukrayna münaqişəsi tezliklə başa çatacaq
ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərdiyini və bunun ölkədə dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu açıqlayıb və tezliklə razılaşma əldə olunacağına söz verib. xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları üçü
17 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrAlmaniyada benzinin qiyməti rekord həddə çatıb
Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor
14 sentyabrTramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabr