Amerikalı turist Çində 29-cu mərtəbədən yıxılıb öldü
Hong Kong şəhərində 69 yaşlı amerikalı turistin lüks hotelin 29-cu mərtəbəsindən yıxılması faciə ilə nəticələnib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin sıx ticarət bölgələrindən biri olan Wan Chai ərazisində yerləşən Hotel Indigo Hong Kong Island hotelində baş verib. Bildirilir ki, qadın səhər saatlarında otelin hovuz mərtəbəsinə qalxdıqdan qısa müddət sonra aşağı düşüb.
Qadının yerə çırpılması nəticəsində otelin giriş hissəsindəki şüşə panellər dağılıb. Qırılan şüşə parçaları ətrafdakı insanlara xəsarət yetirib. Yaralananlar arasında 74 yaşlı qadın, onun 77 yaşlı bacısı, iki uşaq, iki ana və 89 yaşlı amerikalı qadının olduğu bildirilib.
Polis mənbələrinin iddiasına görə, həyatını itirən turist depressiya müalicəsi alırmış və mart ayında qəbul etdiyi dərmanları dayandırıbmış. Həmçinin qadının həyat yoldaşının hadisədən təxminən bir saat əvvəl həkim qəbuluna getmək üçün oteldən ayrıldığı qeyd olunub.
Faciənin baş verdiyi Hotel Indigo Hong Kong Island şüşə döşəməli dam hovuzu və gecə işıqlandırmaları ilə tanınan məşhur lüks hotellərdən biri hesab olunur. Otel 2013-cü ildə "Hong Kongun ən yaxşı otel memarlığı" mükafatına layiq görülüb. Xüsusilə "əjdaha mövzulu" xarici dizaynı və şüşə hovuzu turistlərin böyük marağına səbəb olur.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 713 Tarix: 07 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr