Hantavirusun yayıldığı "MV Hondius" gəmisinin sərnişinləri "yüksək riskli" qrupa daxil edilib
Ölümcül hantavirus infeksiyası yayılmış "MV Hondius" kruiz gəmisinin bütün sərnişinlərinə profilaktik məqsədlərlə yüksək riskli təmasda olan şəxslər kimi baxılır.
"Report" xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) gəminin İspaniyanın Tenerife adasında lövbər salması ərəfəsində dərc edilmiş operativ tövsiyələrində deyilir.
Məlumata görə, xəstəlik əlamətləri olmayan sərnişinlər xüsusi təşkil edilmiş nəqliyyatla öz ölkələrinə qaytarılmalı və ardınca özünü təcrid etməlidirlər. Eyni zamanda, adi kommersiya aviareyslərindən istifadə nəzərdə tutulmur.
Gözlənilir ki, ölkələr Qrinviç vaxtı ilə təxminən 06:30-07:00-da vətəndaşlarının "MV Hondius" gəmisindən təxliyəsinə başlayacaqlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gəmidə səkkiz nəfər xəstələnib, onlardan üçü vəfat edib. Ölənlər arasında Niderlanddan olan ər-arvad və Almaniya vətəndaşı var. Xəstələnənlərin altısında hantavirus laborator şəraitdə təsdiqlənib, daha iki hal isə şübhəli olaraq nəzərdən keçirilir.
ECDC-dən vurğulanıb ki, gəmidən enərkən bütün sərnişinlər yüksək riskli təmaslar hesab ediləcəklər. Lakin yaşadıqları ölkələrə qayıtdıqdan sonra tibbi qiymətləndirmənin nəticələrindən asılı olaraq bu statusa yenidən baxıla bilər.
Xəstəlik simptomları olan sərnişinlərin müayinə və testlərə yönləndirilməsi tövsiyə olunur. Vəziyyətlərindən asılı olaraq onlar Tenerifedə təcrid oluna və ya tibbi kanallarla vətənlərinə təxliyə edilə bilərlər.
Hantavirus insana gəmiricilərdən keçir. İnsandan insana keçmə nadir hallarda qeydə alınır. Sanitariya xidmətlərinin qiymətləndirməsinə görə, infeksiyanın yayılması riski aşağı olaraq qalır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 612 Tarix: 10 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrGTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?
"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla
21 noyabrPutin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək
20 noyabrKral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə
19 noyabr