Balıq ovlamaq üçün dənizə girən gənc oğlan həyatını itirib - VİDEO
Türkiyənin Bartın vilayətinin Amasra rayonunda balıq ovlamaq üçün dənizə girən 30 yaşlı Mustafa Onur Özgenç boğulma təhlükəsi keçirərək xəstəxanaya çatdırılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən axşam saatlarında Türkiyə Daş Kömürləri Qurumunun (TTK) yaşayış binalarının yaxınlığındakı sahildə baş verib. Xüsusi dalğıc geyimi ilə balıq ovuna çıxan Mustafa Onur Özgenç uzun müddət sudan çıxmayıb.
Ərazidə tilovla balıq tutan şəxslər vəziyyəti fərq edərək təcili tibbi yardım xidmətinə məlumat veriblər. Hadisə yerinə cəlb olunan Sahil Mühafizəsinin Qərbi Qaradəniz Qrup Komandanlığının DEGAK-3 dalğıc qrupu Özgençi son göründüyü nöqtədən təxminən 10 metr aralıda, 15 metr dərinlikdə huşsuz vəziyyətdə tapıb.
Mustafa Onur Özgenç əvvəlcə Amasra Dövlət Xəstəxanasına aparılıb, ilkin tibbi yardımdan sonra isə Bartın Dövlət Xəstəxanasına köçürülüb. Reanimasiyada müalicə alan gənc bu gün səhər saatlarında vəfat edib.
Məlumata görə, Mustafa Onur Özgenç Bartında futbol hakimi kimi də fəaliyyət göstərib. Onun nəşi ekspertizadan sonra doğulduğu Mersinin Erdemli rayonuna göndəriləcək.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 589 Tarix: 12 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr