Bu əsər 308 milyona satıldı - Tarixə düşdü - Fotolar
Abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi, 1956-cı ildə 44 yaşında vəfat edən məşhur amerikalı rəssam Cekson Pollokun "7A nömrəli, 1948" adlı əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb.
"Qafqazinfo" xəbər verir ki, "Christie's" tərəfindən təşkil olunan hərracda əsər 181 milyon dollara (təxminən 308 milyon manat) alıcı tapıb.
Bununla da tablo rəssamın indiyə qədər hərracda satılan ən bahalı əsərlərindən biri kimi tarixə düşüb. Əsər tarixin ilk abstrakt rəsmlərindən hesab olunur.
1948-ci ildə yaradılan əsərlə bağlı "Christie's" tərəfindən yayılan açıqlamada bildirilib ki, Pollok bu tablo ilə ənənəvi rəssamlığın sərhədlərini aşaraq incəsənət tarixində ilk həqiqi mücərrəd rəsmlərdən birini ortaya qoyub.
Qeyd edək ki, Pollokun əvvəlki hərrac rekordu 2021-ci ildə satılan və 61,2 milyon dollar gəlir gətirən əsərinə məxsus idi. Rəssamın bəzi işləri isə şəxsi satışlarda 200 milyon dollara qədər qiymətləndirilib.
Hazırda hərrac tarixində satılan ən bahalı sənət əsəri Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsəri hesab olunur. Sözügedən rəsm 2017-ci ildə 450 milyon dollara satılıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 862 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İranın onunla razılaşmaq istədiyini düşünür
ABŞ prezidenti Donald Tramp bir daha İranla münaqişəyə tezliklə son qoya biləcəyini bildirib. xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərə bildirib:. "Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq. İran razılaşma əldə etmək istəyir, görək işlər necə gedəcək". Daha əvvəl Tramp Tehranl
17 sentyabrPentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər
Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə
18 sentyabrEl-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil
17 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 103,68 dollara düşdü
Neftin qiyməti cümə səhəri düşməyə davam edir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,14 dollar (1,09 faiz) az, bir barel üçün 103,68 dollara satılır. Cümə axşamı isə onlar 1,01 dollar (0,95 faiz) azalara
18 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabrAvstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb
Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib. Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlə
18 sentyabrTramp: Ukrayna münaqişəsi tezliklə başa çatacaq
ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərdiyini və bunun ölkədə dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu açıqlayıb və tezliklə razılaşma əldə olunacağına söz verib. xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları üçü
17 sentyabrƏrdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı
Türkiyə Prezidentinin baş müşaviri və Prezidentin Hüquq Siyasətləri Şurasının sədr müavini Mehmet Uçum 2028-ci ildə keçirilməsi gözlənilən prezident və parlament seçkilərinin mümkün tarixi ilə bağlı proqnozunu açıqlayıb. Qaynarinfo xəbər verir ki, Türkiyə Mətbuat Federasiyasında çıxış edən Uçum seçkiləri
17 sentyabr