"Yatan nəhəng" oyanır: İrandakı vulkanda narahatedici dəyişikliklər baş verir
Alimlər İranın cənub-şərqində yerləşən qədim Taftan vulkanında mümkün aktivlik əlamətləri aşkarlayıblar. Uzun müddət "sönmüş" hesab edilən bu nəhəng stratovulkanın vəziyyəti son peyk müşahidələri nəticəsində diqqət mərkəzinə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Futura" nəşrinə istinadən məlumat yayılıb.
Taftan vulkanı Makran bölgəsində, İran və Pakistan sərhədində yerləşir və tektonik vulkanik qövsün bir hissəsidir. Onun hündürlüyü təxminən 3940 metrdir.
Tarixi məlumatlara görə, vulkan çox nadir hallarda aktivlik göstərib. Son əsrlərdə yalnız XX əsrin əvvəlində zəif qaz emissiyaları qeydə alınıb, 1990-cı illərdə isə mümkün, lakin təsdiqlənməmiş aktivlik əlamətləri müşahidə olunub. Alimlərin hesablamalarına görə, son böyük püskürmə təxminən 700 min il əvvəl baş verib.
Vəziyyət 2023-2024-cü illərin peyk məlumatlarının təhlilindən sonra dəyişib. Tədqiqatçılar vulkanın zirvəsinin təxminən 9 santimetr qalxdığını müəyyən ediblər. Bu cür "şişmə" adətən yeraltında maqma və qazların toplanması ilə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, bunun səbəbi 460-630 metr dərinlikdə isti buxar axınlarının tədricən hərəkəti ola bilər. Eyni zamanda, bu dəyişiklikləri izah edəcək zəlzələ və ya digər xarici faktorlar qeydə alınmayıb.
Hazırda dərhal püskürmə riski müşahidə olunmasa da, alimlər vəziyyəti ciddi nəzarət altında saxlamağı tövsiyə edirlər. Onlar monitorinq sisteminin genişləndirilməsi və Makran bölgəsi üçün vulkan təhlükəsi xəritələrinin yenilənməsinin vacibliyini vurğulayırlar.
Mütəxəssislərin fikrincə, Taftan hələlik birbaşa təhlükə yaratmır, lakin qeydə alınan dəyişikliklər onun dərinliklərində gedən proseslərin daha yaxından araşdırılmasını tələb edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 855 Tarix: 22 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub
Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind
20 noyabrGTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?
"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla
21 noyabrPutin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək
20 noyabrKral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"
Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini
20 noyabrPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə
19 noyabr