Qurban bayramında mədəni qorumağın 3 vacib qaydası açıqlandı

Qurban bayramında mədəni qorumağın 3 vacib qaydası açıqlandıQurban bayramında həddindən artıq ət istehlakı və qidalanma rejiminin pozulması ən çox mədəyə təsir göstərir.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə xroniki mədə problemləri yaşayan şəxslər bu müddətdə bəzi vacib qaydalara əməl etməlidirlər.

Ağır ət yeməkləri və şirniyyatların çoxluğu səbəbindən bayram günləri mədə narahatlıqlarının ən çox artdığı dövr hesab olunur. Qidalanmadakı qəfil dəyişiklik həzm sistemi xəstəliklərini birbaşa tətikləyə bilər. Bu səbəbdən mütəxəssislər bayram səhəri yüngül qidalanmağı, ətin düzgün bişirilməsinə diqqət etməyi və ağır şirniyyatlardan uzaq durmağı tövsiyə edirlər.

Bildirilir ki, bayramdan əvvəl orqanizmi tədricən yüngül qidalara alışdırmaq faydalıdır. Bu müddətdə tərəvəz ağırlıqlı qidalara üstünlük vermək, yumurta, ət və küftə kimi protein tərkibli məhsulları azaltmaq mədəni rahatlaşdırır. Kiçik porsiyalarla balanslı menyular qurmaq həzm sistemini qarşıdakı ağır qidalanmaya hazırlayır.

Mədə həssaslığı olan şəxslər üçün bayram zamanı sadə qaydalar da tövsiyə olunur. Günə təzə göyərti ilə zəngin, yüngül səhər yeməyi ilə başlamaq, ət yeməklərini əlavə yağ istifadə etmədən öz yağında bişirmək və gün ərzində kifayət qədər su qəbul etmək vacib hesab edilir. Həmçinin xəmirli şirniyyatlardan uzaq durmaq və gündəlik qısa fiziki hərəkətlər etmək həzm sisteminin işini asanlaşdırır.

Mütəxəssislər ağır ət yeməklərindən sonra yaranan köp və həzmsizlik hissinin qarşısını almaq üçün razyana və ya kəklikotu çaylarından istifadə etməyi məsləhət görürlər. Bu çayların yeməkdən təxminən yarım saat və ya bir saat sonra içilməsi tövsiyə olunur.

Bununla yanaşı, bitki çaylarının həddindən artıq istifadəsinin təhlükəli ola biləcəyi vurğulanır. Həkimlər qeyd edirlər ki, nəzarətsiz və çox miqdarda qəbul edilən bitki çayları qaraciyəri yoraraq toksik hepatit kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də gündə bir fincandan artıq istifadə edilməməsi tövsiyə edilir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 457   Tarix: 29 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr