Kanada vətəndaşı müxtəlif ölkələrdə onlarla insanın ölümünə səbəb olduğunu etiraf edib
Kanadalı Kennet Lou onlarla intihara yardım etmə faktı üzrə özünü təqsirli bilib.
Oxu.Az "The Guardian" nəşrinə və "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, internet vasitəsilə zəhərli maddələr dəsti və onlardan istifadə qaydalarını sataraq potensial intiharameyilli şəxslərə göndərməklə məşğul olub.
Lou bununla Kanadanın 14 sakininin (16-36 yaş arası) intiharına şərait yaratdığını etiraf edib. Prokurorluq onun ittihamlarını "qəsdən adam öldürmə" maddəsindən "intihara yardım etmə və ya buna təhrik etmə" maddəsinə tövsif etməyə razı olduqdan sonra o, istintaqla əməkdaşlıq etməyə razılıq verib.
Bundan əlavə, Böyük Britaniyaya ekstradisiya edilməyəcəyi barədə qərar açıqlandıqdan sonra Lou 79 britaniyalının da intiharına kömək etdiyini boynuna alıb.
Qeyd edək ki, Lou 2023-cü ildə həbs olunub. Kanada polisinin məlumatına görə, o, 2020-ci ildən bəri öz internet saytları vasitəsilə intihar etmək istəyənlər üçün zəhər dəstləri və təlimat kitabçaları satıb. İstintaqın qiymətləndirməsinə görə, o, ümumilikdə aralarında İtaliya, ABŞ və Avstraliyanın da olduğu 41 ölkədən olan alıcılara 1 200-dən çox belə dəst göndərib. Polisə məlum olub ki, o, Böyük Britaniya sakinlərinə ən azı 286 zəhər dəsti satıb və bu, ən azı 112 nəfərin ölümü ilə nəticələnib.
Lou barəsində hökm sentyabr ayında çıxarılacaq. İntihara yardım etmə maddəsi ilə onu 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 388 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransa Ukraynaya 2 qırıcı verəcək
Fransa Ukraynaya hərbi dəstək çərçivəsində bu ölkəyə 2 ədəd "Mirage 200-5F" tipli qırıcı təyyarə tədarük edəcək. "Yeni Sabah" xəbər verir ki, rəsmi Parisin bu addımı Ukrayna Silahlı Qüvvələrinin hava məkanını müdafiə etmək qabiliyyətinin artırılması və cəbhə xəttində hava üstünlüyünü
19 noyabrSi Cinpin ABŞ və Rusiyanı qlobal çağırışlara qarşı birgə mübarizəyə çağırıb
Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. xəbər verir ki, bunu Çin Sədri Si Cinpin APEC sammitində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyi
19 noyabrEstoniya dekabrdan Rusiya ilə sərhədini bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrinin fəaliyyətini dayandırmaq qərarına gəlib. xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Baş naziri Kristen Mixal mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Estoniya ilə Rusiya arasında avtomobil nəqliyyatı il
20 noyabrGürcüstanda matəm elan edildi
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək
20 noyabrRusiya Ukraynaya hücumlarını gücləndirdi - Xarici səfirliklər də zərər gördü
Rusiya-Ukrayna müharibəsində gərginlik daha da artıb. Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumu həyata keçirib. Hücumun əsas hədəflərindən biri paytaxt Kiyev olub. Rusiya ballistik və qanadlı raketlərdən, eləcə də reaktiv mühərrikli dronlardan istifadə edib. Kiye
20 noyabrABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 48,3 milyard dolları ötüb
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkdiyi xərclər 48,3 milyard dollara çatıb. xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə nümayəndəsi Artur Miller açıqlama verib. Onun sözlərinə görə, noyabrın 13-nə olan məlumata əsasən, fevralın sonunda başlayan münaqişə ilə bağl
20 noyabrPaşinyan Anna Akopyanla bir yerdə yaşayır? - CAVAB
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın Yerevan meri və paytaxtın problemləri ilə bağlı tənqidinə münasibət bildirib. -ın Ermənistan mediasına istinadən xəbərinə görə, noyabrın 19-da keçirilən brifinqdə Paşinyan tənqidi necə qəbul etməsi ilə bağlı suala cavab olaraq bildiri
19 noyabr