Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir

Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edirXərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimental bir dərmanın sağ qalma müddətini iki dəfə artırması diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, dünyanın ən nüfuzlu onkoloji toplantılarından biri olan ASCO-da açıqlanan bu tədqiqatlar xərçəng müalicəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Baş-boyun xərçəngi, sinə xərçəngi və pankreas xərçəngi üzrə aparılan araşdırmalar həm xəstələr, həm də tibb ictimaiyyəti üçün yeni ümidlər yaradıb.

Mütəxəssislərə görə bu nəticələr fərdiləşdirilmiş müalicə yanaşmasının daha da güclənəcəyini göstərir.

Baş-boyun xərçəngində ümidverici nəticələr

Böyük Britaniyada Xərçəng Araşdırmaları İnstitutunun rəhbərliyi ilə həyata keçirilən OrigAMI-4 tədqiqatında standart müalicələrə cavab verməyən 102 baş-boyun xərçəngi xəstəsinə "Amivantamab" adlı antikor tətbiq edilib.

Nəticələrə görə 43 xəstədə şişlər kiçilmiş və ya tamamilə yox olmuş, 15 xəstədə isə tam cavab əldə edilib. Ümumi klinik fayda göstəricisi təxminən 60 faiz olub.

Tədqiqatda diqqət çəkən əsas məqam ciddi yan təsirlərin yalnız 6 faiz səviyyəsində olmasıdır. Mütəxəssislər bu nəticələrin xüsusilə ikinci xətt müalicə alan xəstələr üçün əhəmiyyətli ola biləcəyini bildirirlər.

Araşdırmanı şərh edən Türk Tıbbi Onkoloji Dərnəyinin rəhbəri professor doktor Bülent Karabulut bu nəticələrin onkologiyada böyük maraq doğurduğunu və Faz 3 mərhələsindən sonra yeni standart müalicəyə çevrilə biləcəyini qeyd edib.

Sinə xərçəngində kimyaterapiyasız yanaşma

İkinci araşdırma hormon həssas (ER müsbət), HER2 mənfi, erkən mərhələ və yüksək riskli sinə xərçəngi xəstələrini əhatə edir. University College London (UCL) rəhbərliyi ilə 6 ölkədə 4 429 xəstə üzərində aparılan tədqiqatda "Prosigna" adlı genetik testdən istifadə olunub.

Aşağı risk qrupuna daxil edilən xəstələrə kimyaterapiya verilməyib, yalnız hormon terapiyası tətbiq edilib. 5 il sonunda xərçəngsiz sağ qalma göstəricisi 93,7 faiz olub. Kimyaterapiya və hormon terapiyası alan qrupda isə bu göstərici 94,9 faiz olub və demək olar ki, ciddi fərq müşahidə edilməyib.

Mütəxəssislər bildirir ki, bu nəticələr kimyaterapiyanın hər xəstəyə deyil, yalnız uyğun genetik risk qruplarına tətbiq edilməli olduğunu göstərir. Yəni müalicə qərarı artıq təkcə şişin ölçüsünə görə deyil, onun bioloji xüsusiyyətlərinə əsasən verilir.

Pankreas xərçəngində sağ qalma müddəti iki dəfə artıb

Üçüncü tədqiqat metastatik pankreas xərçənginə aiddir. ABŞ-da fəaliyyət göstərən "Revolution Medicines" şirkəti tərəfindən hazırlanan "Daraxonrasib" adlı eksperimental dərman Faz 3 nəticələrində əhəmiyyətli nəticələr göstərib.

Standart kimyaterapiya alan xəstələrdə orta sağ qalma 6-7 ay olduğu halda, bu dərmanı qəbul edənlərdə 13,2 aya qədər yüksəlib.

ABŞ Qida və Dərman Administrasiyası (FDA) dərman üçün genişləndirilmiş giriş proqramı tətbiq edib. Bu, preparatın hələ tam təsdiqlənməməsinə baxmayaraq, standart müalicəyə cavab verməyən xəstələr üçün əlçatan olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, bu nəticə indiyə qədər "hədəflənməsi çətin" sayılan molekulyar mexanizmlərin müalicə edilə biləcəyini göstərərək onkologiyada yeni dövrün başlanğıcını işarə edir.

Bu üç tədqiqat xərçəng müalicəsində daha dəqiq, fərdiləşdirilmiş və hədəf yönümlü yanaşmaların gücləndiyini göstərir. Tibb dünyası bu nəticələri "ümidverici dönüş nöqtəsi" kimi qiymətləndirir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 718   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Oftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir

"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"

9 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan

Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun

26 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr