Dünyada milyonçuların sayı sürətlə artır

Dünyada milyonçuların sayı sürətlə artır"Capgemini" şirkətinin illik "World Wealth Report" hesabatına görə, ötən il dünyada milyonçuların sayı 2 milyon nəfər artaraq 25,3 milyona çatıb.

Qaynarinfo xəbər verir ki, qlobal sərvətin ümumi həcmi isə 8,7% artaraq 98,3 trilyon dollara yüksəlib. Bu, 2018-ci ildən bəri ən yüksək artım tempi kimi qeyd olunur.

Hesabata əsasən, sərvət artımı demək olar ki, bütün regionlarda müşahidə olunub. Yalnız Yaxın Şərq istisna təşkil edib.

Analitiklər bu artımı fond bazarlarının güclənməsi və inflyasiyanın azalması ilə izah edirlər. Xüsusilə yarımkeçiricilərə olan yüksək qlobal tələbat Asiya bazarlarını dəstəkləyib və bölgədə yeni milyonçuların sayını artırıb.

Ən böyük artım ABŞ-da qeydə alınıb - 736 min yeni milyonçu. Ümumi sayı 8,7 milyon nəfərə çatıb.

Asiya-Sakit okean regionunun milyonçuların sayı 9,4%, ümumi sərvət isə 10,5% artıb. Yaponiya və Çin ən yüksək nəticə göstərən ölkələr olub (müvafiq olaraq 436 min və 154 min yeni milyonçu).

2024-cü ildəki geriləmədən sonra 2025-ci ildə Avropada milyonçuların sayı 6,5% artıb. Ən yüksək artım Lüksemburqda (13,5%), Almaniyada (11,1%), Fransa və Böyük Britaniyada isə daha zəif templə qeydə alınıb.

Afrika regionunda artım 4,1% olub. Əsas səbəb qiymətli metalların bahalaşmasıdır. Ən böyük artım Mərakeşdə (16,8%) qeydə alınıb.

Yeganə azalma müşahidə olunan region Yaxın Şərq olub - 1,4% eniş. Buna regional münaqişələr, neft qiymətlərinin azalması və iqtisadi fəallığın zəifləməsi səbəb göstərilir.

Hesabatda vurğulanır ki, ümumilikdə dünya üzrə sərvət artımı qlobal maliyyə bazarlarının sabitləşməsi ilə əlaqədardır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 588   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Danimarka Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək üçün ABŞ-la razılaşmanı təsdiqləyib

Danimarka parlamenti Qrenlandiya və ABŞ ilə Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib. Reuters-ə istinadən xəbər verir ki, sənəd regionda müdafiə əməkdaşlığının genişləndirilməsini və strateji əhəmiyyətli ərazilərin təhlükəsizliyinin möhkəmləndirilməsin

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin raket hücumunun qarşısını alıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya husilər tərəfindən ölkənin cənub istiqamətinə buraxılan raketin qarşısının alındığını açıqlayıb. Koalisiyanın məlumatına görə, raket hədəfə çatmamış zərərsizləşdirilib. Reuters-ə istinadən xəbər verir ki, hadisə Yəməndə husilərlə regional qüvvələ

20 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra

19 noyabr
.

Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq ayıracaq

Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq (təxminən 341 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. APA xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti məlumat yayıb. Bildirilib ki, yardım paketinə 100-dən çox uzaqmənzilli zərbə PUA-sı daxil olacaq. Onların bəziləri 10

19 noyabr