Dünyada hər il təxminən bir trilyon dollarlıq ərzaq tullantıya çevrilir - BMT-dən hesabat
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada hər il itirilən və ya tullantıya çevrilən ərzağın dəyəri təxminən bir trilyon dollara çatır.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, söhbət qlobal ərzaq istehsalının böyük hissəsinə bərabər həcmdən gedir.
Hesabatda qeyd olunur ki, dünyada istehsal olunan ərzağın təxminən üçdəbiri ya itirilir, ya da tullantıya çevrilir. Bu həcmdə qida ilə bir il ərzində təxminən 1.26-1.3 milyard insanı təmin etmək mümkün olardı.
FAO-nun məlumatına görə, ərzağın təxminən 14%-i istehsal və logistika mərhələsində itirilir ki, bu da təxminən 400 milyard dollara bərabərdir. Daha 17%-i isə istehlak mərhələsində qida tullantısına çevrilir. Ümumilikdə iqtisadi zərərin həcmi hər il 936 milyard dollar qiymətləndirilir.
Hesabatda heyvandarlıq məhsulları istehsalının dinamikasına da yer verilib. Son onilliklərdə dünyada ət istehsalı demək olar ki, iki dəfə artıb. Xüsusilə quş əti istehsalı 1961-ci ildən bəri təxminən altı dəfə yüksəlib. Donuz əti və yumurta istehsalında da ciddi artım qeydə alınıb, süd istehsalı isə daha mülayim templə böyüyüb.
Regional bölgüyə görə, istehsal həcminə görə lider Asiyadır. Onu Avropa izləyir. Adambaşına düşən istehsal göstəricisində isə Şimali Amerika birinci yerdədir. Saxaradan cənubdakı Afrika ölkələrində göstəricilər ümumilikdə sabit qalıb, yalnız bəzi dövlətlərdə süd və quş əti istehsalında artım müşahidə olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 341 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkədə 10 avroya dağ havası satılır
Avstriyada 10 avroya dağ havası satılır. xəbər verir ki, bu barədə dünyaca məşhur turizm məkanı olan Avstriyanın Halştat kəndinə səyahət edən türkiyəli turist bildirib. Kənddə qeyri-adi məhsulla qarşılaşdığını deyən turist sosial şəbəkədə üzərində "Halştat havası" yazısı olan xüsusi qablaşdırmanı
15 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrNATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub
Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar
15 sentyabrABŞ Federal Ehtiyat Sistemi son üç ildə ilk dəfə faiz dərəcələrini artırıb
ABŞ Federal Ehtiyat Sistemi (FED) federal fondlar üzrə faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 3,75-4% diapazonuna çatdırıb. xəbər verir ki, bu barədə qərar ABŞ-da inflyasiyanın qarşısını almaq zərurəti ilə əsaslandırılıb. Federal Ehtiyat Sisteminin (FERS) faiz dərəcəsinin artırılması, 2024-c
17 sentyabrRusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Rusiya və Ukrayna hərbi qulluqçuların meyitlərinin yeni mübadiləsini həyata keçirib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib. Onun məlumatına görə, mübadilə Belarus-Ukrayna sərhədindəki "Novaya Quta" buraxılış məntəqəsində baş tutub. Rusiy
17 sentyabrTrampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabrÜrəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabr