Yaponiyada "ağıllı ayı" dəhşət saçır
2025-ci ildə Yaponiyada ayılar tərəfindən törədilən hücumlar nəticəsində rekord sayda - 13 nəfər həyatını itirib. Xilasedicilər və ovçular aqressiv heyvanları zərərsizləşdirsə də, bu tədbirlər vəziyyəti dəyişmir. Bu yaxınlarda isə insanların qarşısına tutulması heç cür mümkün olmayan "həddindən artıq ağıllı ayı" çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
İyunun 2-də Fukusimada yerləşən iki zavodda ayı dörd nəfərə hücum etdikdən sonra binaların birində gizlənib. Bu addım ona ovçulardan və qurulmuş tələlərdən qaçmağa imkan verib.
Fukusima administrasiyasının nümayəndəsi bildirir ki, o vaxtdan bəri heyvanın tapılması mümkün olmayıb. Fukusima şəhərinin meri Yuki Baba qeyd edib ki, əldə edilən məlumatlara əsasən, yırtıcı qaçmaq məqsədilə pəncərəni özü açıb. Mer əlavə edib ki, çıxış hissəsində pəncə izləri də tapılıb.
Onun sözlərinə görə, ayının su içmək üçün su kranını açdığı da ehtimal olunur və o, bunu olduqca ağıllı hərəkət kimi xarakterizə edib.
Bir müddət əvvəl Yaponiyada anomal ölçülərə malik bir neçə ayının tutulduğu da bildirilirdi. Onlardan birinin çəkisi 330 kq, digərininki isə təxminən 280 kq olub. Belə nəhəng yırtıcıların haradan peyda olduğu isə hələlik sirr olaraq qalır. Rakuno Qakuen Universitetinin professoru Yosikadzu Satonun ehtimalına görə, heyvanlar qış yuxusundan əvvəl qarğıdalı yeyərək bu qədər kökəlmiş ola bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 674 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb
Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə
19 noyabrABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq
ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd
20 noyabrTramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b
21 noyabrİndoneziyada Semeru vulkanı iki dəfə püskürüb
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra
19 noyabrBöyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq ayıracaq
Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq (təxminən 341 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. APA xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti məlumat yayıb. Bildirilib ki, yardım paketinə 100-dən çox uzaqmənzilli zərbə PUA-sı daxil olacaq. Onların bəziləri 10
19 noyabr