Zelenski ilə Madyarın görüşünün təşkili gündəmdədir
Kiyev və Budapeşt Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında mümkün görüşün hazırlanması üzrə iş aparırlar.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Vinnitsada slovakiyalı həmkarı Yuray Blanarla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər yüksək səviyyəli danışıqların formatını və tarixini razılaşdırmaq üçün diplomatik təmasları davam etdirirlər.
"Təsdiq edə bilərəm ki, biz liderlərin - Prezident Zelenskinin və Baş nazir Madyarın görüşü ilə bağlı işlər aparırıq. Bu görüş mütləq baş tutacaq", - Sibiqa qeyd edib.
Nazir həmçinin Macarıstan tərəfi ilə əlavə təmaslar, o cümlədən Macarıstanın xarici işlər naziri ilə qarşılıqlı əlaqələr barədə də məlumat verib.
Xatırladaq ki, daha əvvəl, həmin vaxt hələ baş nazir vəzifəsini tutmayan Peter Madyar iyunun əvvəlində Bereqovo şəhərində Volodimir Zelenski ilə görüş keçirmək təşəbbüsü ilə çıxış etmişdi.
Eyni zamanda, Ukrayna Prezidentinin Ofisindən qeyd edilib ki, dövlət başçısının iyun ayı üçün qrafiki yekun olaraq razılaşdırılmayıb və bu cür görüşlər ikitərəfli razılaşdırma tələb edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 356 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz
Almaniyanın iqtisadiyyatı və sənayesi pisləşir, hər ay təxminən 15.00 iş yeri itirilir ki, bu da ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. "Report" "DPA"ya istinadən xəbər verir ki, bunu Almaniya Sənaye İttifaqının (BDI) direktoru Tanya Gyönner bildirib. "Əminəm ki
26 iyulTramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir və İran bu prosesə əvvəlkindən daha ciddi yanaşmağa başlayıb. CNN telekanalına istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbəti zamanı danışıb. "Biz onlarla danışırıq
26 iyulÇində kritik vəziyyət: Ölkədə "narıncı" təhlükə səviyyəsi elan edildi
İyulun 25-də Çin hökuməti "Honqsya" tayfununun yaxınlaşması səbəbindən ölkənin bir neçə bölgəsində "narıncı" (yüksək) təhlükə səviyyəsi elan edib. xəbər verir ki, bu barədə Çin Meteorologiya İdarəsi məlumat yayıb. Qurumun məlumatına görə, "Honqsya" səhər saatlarında tropi
25 iyulEpşteyn üçün model qızların tədarükçüsünün meyiti yarıldı
Model qızların tədarükçüsü və qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin ehtimal olunan şəriki Daniel Siadın meyitinin yarılması zamanı zorakı ölümə işarə edən əlamətlər aşkar edilməyib. xəbər verir ki, bu barədə "Franceinfo" radioşirkətinə istinadən Fransanın Nanter Prokurorluğu məluma
26 iyulBu ölkədə çəngəllərdən istifadə etmirlər: səbəbi təəccübləndirəcək
Çin çəngəl və bıçaqlardan istifadə olunduğu qədim sivilizasiyalardan biridir. Arxeoloqlar Çinxay əyalətindəki Tsundji dayanacağı yerində 400 il yaşı olan sümük çəngəllər tapıblar. xarici mediaya istinadən xəbər verir ki, çəngəllər təxminən 300 il əvvəl sıradan çıxıb və yerini çubuqlara verib. XII-XI
26 iyulTokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Rusiya-Ukrayna münaqişəsini dondurmağa və İstanbuldakı danışıqlara qayıtmağa çağırıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə K.Tokayev bu gün Omskda Putinlə görüşündə deyib. "Bəlk
26 iyulABŞ İrana İNANMIR: Trampdan rəsmi Tehrana TƏKLİF
ABŞ Prezidenti Donald Tramp mövcud münaqişənin həlli üçün İran nümayəndələrinin irəli sürəcəyi təkliflərə qulaq asmağa hazır olduğunu açıqlayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edərkən bildirib. "Yeri gəlmişkən
25 iyul