Sovet arxivlərindən çıxan ən böyük sirr: "Dyatlov keçidi" hadisəsi
Ural dağlarının ucqar bir nöqtəsində 1959-cu ildə baş verən və 9 təcrübəli alpinistin ölümü ilə nəticələnən "Dyatlov keçidi" hadisəsi onilliklər keçməsinə baxmayaraq hələ də tam şəkildə izah olunmayıb.
Qaynarinfo xəbər verir ki, çadırdan panika içində qaçış anından tutmuş cəsədlərdə aşkar edilən radiasiya izlərinə qədər bir çox detal bu hadisəni müasir dövrün ən böyük sirrlərindən birinə çevirib.
İqor Dyatlovun rəhbərlik etdiyi Ural Politexnik İnstitutunun tələbələrindən ibarət 10 nəfərlik alpinist qrupu 23 yanvar 1959-cu ildə Şimal Ural bölgəsində çətin marşrut üzrə səfərə çıxmışdı. Məqsəd Otorten dağına çatmaq idi. Lakin iştirakçılardan Yuri Yudin səhhətindəki problem səbəbilə yolda geri dönüb və sağ qalan yeganə üzv olub.
Qalan 9 nəfər 1 fevral 1959-cu ildə yerli əhali tərəfindən "Ölü dağ" adlandırılan Xolat Syaxl yamacında son düşərgələrini qurub. Məhz həmin gecə baş verən hadisələr faciənin başlanğıcı olub. Alpinistlərin çadırı çıxışdan deyil, içəridən kəsərək yırtıb və güclü panika ilə donmuş hava şəraitinə qaçdıqları müəyyən edilib.
Axtarış-xilasetmə qrupları tərk edilmiş düşərgəyə yalnız 26 fevralda çata bilib. İlk cəsədlər çadırdan təxminən 1,5 kilometr uzaqlıqda, bir ağacın altında aşkar edilib. Digər alpinistlərin cəsədləri isə sonrakı aylarda tapılıb.
İlkin araşdırmalara görə, qurbanların bir hissəsi donaraq ölüb. Lakin bəzi cəsədlərdə ağır kəllə-beyin travmaları, qabırğa sınıqları və ciddi daxili zədələr qeydə alınıb. Ağac budaqlarında tapılan geyim parçaları və insan toxumaları vəziyyətin daha da müəmmalı olduğunu göstərib.
Bəzi qurbanların gözlərinin və dişlərinin olmaması, geyimlərində yüksək radiasiya izlərinin aşkarlanması müxtəlif nəzəriyyələrin ortaya çıxmasına səbəb olub. Hərbi sınaqlardan tutmuş qeyri-yerüstü varlıqlara qədər fərqli iddialar irəli sürülüb. 1959-cu ilin mayında Sovet rəsmiləri işi bağlayaraq ölüm səbəbini "naməlum qarşısıalınmaz qüvvə" kimi qeyd ediblər və materialları məxfi saxlayıblar.
Sovet İttifaqının dağılmasından sonra arxivlərin açılması ilə yeni materiallar tədqiqatçılar üçün əlçatan olub və hadisə dünya miqyasında geniş maraq doğurub. 2019-cu ildə Rusiya rəsmiləri işi yenidən açıb.
2020-ci ildə yayımlanan rəsmi açıqlamada çadırın üzərinə düşən qar kütləsinin alpinistləri tələsik şəkildə çölə çıxmağa məcbur etdiyi, sərt hava şəraitinin isə ölümə səbəb olduğu bildirilib.
2021-ci ildə aparılan kompüter simulyasiyaları və riyazi modellər gecikmiş qar sürüşməsi ehtimalının bəzi travmaları izah edə biləcəyini göstərib. Buna baxmayaraq, hadisə ilə bağlı bütün suallar cavablandırılmış hesab edilmir. Alpinistlərin çadırdan sonra hərəkət trayektoriyası və bəzi fiziki sübutlar yalnız təbii faktorlarla tam izah oluna bilmir.
Sadə bir qış ekspedisiyası kimi başlayan bu hadisə, bu gün də insan tarixinin ən müəmmalı dağ faciələrindən biri kimi qalır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Kiberdələduzluqda bir başqa yol...
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Vətəndaşlara aşağı faizli kredit imkanı: Hansı şərtlər tələb olunur?
Elton qızına toy edir
Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Sənət adamlarından Könül Xasıyevanı pubda oxumasına reaksiya: "Mənim yaşıma uyğun deyil"
Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Reuters: "Tayvan Çini seçkilərə müdaxilə etmək üçün minlərlə sosial media hesabından istifadə etməkdə ittiham edir"
Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?
Vəkil Orxan Kəngərli həbs edildi
Yaşıl çay alarkən bunlara diqqət edin - Keyfiyyətsiz məhsulu necə tanımaq olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Özünüməşğulluq avadanlığını satan vətəndaşları hansı məsuliyyət gözləyir? - VƏKİLDƏN AÇIQLAMA
Avropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır