"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA
"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək riskinin qarşısını aldı. Bu tarixdən etibarən ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesinə başlanıld".
Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Milli Qurtuluş Günü eyni zamanda Azərbaycanın sonrakı inkişaf strategiyasının ideoloji və siyasi əsaslarının qoyulduğu bir mərhələdi:
"Məhz həmin dövrdə ölkənin xarici siyasət kursu müəyyənləşdirildi, iqtisadi islahatlara start verildi və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyi gücləndirildi. Sonrakı illərdə əldə olunan iqtisadi nailiyyətlər, enerji strategiyasının uğurlu icrası, ordunun gücləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar həmin siyasi kursun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.
Bu günün əhəmiyyəti gənc nəslə yalnız tarixi faktlar vasitəsilə deyil, dövlətçilik şüurunun formalaşdırılması kontekstində çatdırılmalıdır. Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir. Milli Qurtuluş Günü Azərbaycanın müasir inkişaf modelinin başlanğıc nöqtəsi kimi təqdim edilməli, dövlətçilik ənənələrinin, milli həmrəyliyin və siyasi sabitliyin əhəmiyyəti yeni nəslə ardıcıl şəkildə aşılanmalıdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
"Bank of Baku"dan ŞİKAYƏT VAR
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO