Pullarını saymaq üçün 31 min 700 il lazımdır

Pullarını saymaq üçün 31 min 700 il lazımdır"SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, bu, "New York" jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhəng rəqəmin miqyasını izah etmək üçün jurnal qeyd edib ki, Mask trilyon dollar əsginası saniyədə bir əsginas olmaqla fasiləsiz saymağa başlasa, bu proses təxminən 31 min 700 il çəkər. Həmçinin bu əsginaslar bir-birinin üzərinə yığılsaydı, təxminən 67 min 866 mil hündürlüyündə bir qüllə əmələ gətirərdi. Bu pullarla 450-dən çox Olimpiya üzgüçülük hovuzunu doldurmaq olar.

Əgər bir trilyon dollar ABŞ-dəki təxminən 128 milyon ailə arasında bölüşdürülərsə, hər ailəyə təxminən 7800 dollar düşərdi. Bu isə hər nəfərə təxminən 3000 dollara yaxın məbləğ deməkdir.

"9i Capital Group" şirkətinin baş icraçı direktoru Kevin Tompson deyib ki, insanların əksəriyyəti bir trilyon dolların miqyasını dərk etmir. Belə ki, xalis sərvət nağd pul likvidliyindən fərqlidir. Xalis sərvət sahibinə aktivlərini qoruyaraq, eyni zamanda, böyük həcmdə borc alma və investisiya əldə etmək imkanı verir.

Bir trilyon dollar həcmində sərvət bir çox ölkənin illik ÜDM-nə bərabərdir. Bu da o deməkdir ki, İlon Mask artıq ortaölçülü milli iqtisadiyyatlara bərabər maliyyə gücünə sahibdir. Məsələn, bu sərvət İsveçrə kimi ölkələrin illik ümumi daxili məhsuluna (təxminən 970 milyard dollar) yaxındır. Onun sərvəti, həmçinin təxminən 1,2 trilyon dollar həcmdə iqtisadiyyata malik Niderland iqtisadiyyatına da yaxınlaşır.

Bununla yanaşı, jurnal əlavə edib ki, İlon Maskın sərvətinin böyük hissəsi nağd pul şəklində bank hesablarında olan vəsait deyil, "Tesla" və "SpaceX" kimi şirkətlərdəki səhmlərinə bağlıdır. Bundan əlavə, səhmlərin kütləvi şəkildə dərhal satılmasına mane olan birja və IPO məhdudiyyətləri səbəbindən, o, böyük miqdarda səhmi bir anda nağd pula çevirə bilməz. Bu da o deməkdir ki, göstərilən rəqəm onun mövcud likvid pul vəsaitindən daha çox, sahib olduğu aktivlərin bazar dəyərini əks etdirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 514   Tarix: 13 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

Danimarka Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək üçün ABŞ-la razılaşmanı təsdiqləyib

Danimarka parlamenti Qrenlandiya və ABŞ ilə Arktika və Şimali Atlantikada təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib. Reuters-ə istinadən xəbər verir ki, sənəd regionda müdafiə əməkdaşlığının genişləndirilməsini və strateji əhəmiyyətli ərazilərin təhlükəsizliyinin möhkəmləndirilməsin

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin raket hücumunun qarşısını alıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya husilər tərəfindən ölkənin cənub istiqamətinə buraxılan raketin qarşısının alındığını açıqlayıb. Koalisiyanın məlumatına görə, raket hədəfə çatmamış zərərsizləşdirilib. Reuters-ə istinadən xəbər verir ki, hadisə Yəməndə husilərlə regional qüvvələ

20 noyabr
.

ABŞ Tacikistana dəstək üçün 78 milyon dollar ayıracaq

ABŞ Tacikistanla ikitərəfli əməkdaşlıq haqqında beşillik saziş çərçivəsində bu ölkənin səhiyyə sisteminə dəstək üçün 78 milyon dollar ayıracaq. "Report" Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu, noyabrın 19-da Düşənbədə Tacikistan və ABŞ arasınd

20 noyabr
.

Tramp Rubio və Vensin yanında aparat rəhbərinə prezident olmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparat rəhbəri Stiven Milleri dünyanın ən güclü adamı adlandıraraq, zarafatla ondan prezidentliyə namizəd olmaq istəyib-istəmədiyini soruşub. Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı bu bəyanatla Ağ Evdəki brifinq zamanı çıxış edib. "Hazırda b

21 noyabr
.

İndoneziyada Semeru vulkanı iki dəfə püskürüb

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı iki dəfə püskürüb. xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin bəyanatında bildirilib. Kül vulkanın zirvəsindən 700 m, dəniz səviyyəsindən isə 4 376 m hündürlüyə çatıb. Qurum ətra

19 noyabr
.

Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq ayıracaq

Böyük Britaniya Ukraynaya 260 milyon funt sterlinq (təxminən 341 milyon dollar) dəyərində yeni hərbi yardım paketi təqdim edəcək. APA xəbər verir ki, bu barədə Böyük Britaniya höküməti məlumat yayıb. Bildirilib ki, yardım paketinə 100-dən çox uzaqmənzilli zərbə PUA-sı daxil olacaq. Onların bəziləri 10

19 noyabr