Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıbKonqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb.

"Report"un xəbərinə görə, bu barədə Konqonun Rabitə və Media ilə İş üzrə Nazirliyi gündəlik bülletenində məlumat verib.

Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 689-a çatıb ki, bu da əvvəlki gündən 13 nəfər çoxdur.

Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri təmasların izlənməsi nisbəti ilə bağlı narahatlıqlarını bildiriblər. Rəsmi məlumatlara görə, bu, 61 %-dir, lakin mütəxəssislər infeksiyanın yayılmasının qarşısını almaq üçün 95 %-ə çatmağın lazım olduğunu düşünürlər.

Hazırkı epidemiya Konqo Demokratik Respublikasının şərqində mayın 15-də başlayıb. Xəstəliyin episentri İturi əyalətindədir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 345   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Danimarka Şahzadəsi 11 ay hərbi xidmət keçəcək

Danimarka Şahzadəsi İzabella orduda hərbi xidmətə başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb. Məlumata görə, Şahzadə İzabella Slagelsedəki Antvorskov kazarmasına gəlib və o, 11 ay müddətində alayda hərbi xidmət keçəcək. Nəşr əlavə edi

4 avqust
.

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir. "Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib

4 avqust
.

Politico: "NATO Ukraynaya hərbi yardımın koordinasiyasında ABŞ-ı əvəz etməyə hazırlaşır"

Politico-nun məlumatına görə, ABŞ yaxın bir il ərzində Ukraynaya hərbi yardım və təlimləri əlaqələndirən Security Assistance Group-Ukraine (SAG-U) qurumuna rəhbərliyi NATO müttəfiqlərindən birinə verməyi planlaşdırır. Politico-ya istinadən xəbər verir ki, mənbələrin bildirdiyinə görə, bu addım Vaşinqtonu

3 avqust
.

ABŞ-da əmək bazarı gözləntiləri üstələdi, investorların diqqəti FED-in növbəti addımındadır

The Wall Street Journal yazır ki, ABŞ-da açıqlanan son məşğulluq göstəriciləri əmək bazarının hələ də güclü olduğunu göstərib. The Wall Street Journal-a istinadən xəbər verir ki, bu isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələri ilə bağlı növbəti qərarına dair gözləntiləri yenidən dəyişib

5 avqust
.

Kral ailəsində yeni körpə - Foto

Mərhum Kraliça II Elizabetin nəvəsi şahzadə Yevgeniya üçüncü dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə kral ailəsi rəsmi açıqlama yayıb. Məlumata görə, şahzadə və həyat yoldaşı Cek Bruksbank avqustun 3-də Lissabondakı xəstəxanada dünyaya gələn qız övladlarını qucağına alıb. Açıqlamad

5 avqust
.

Ronaldo ilə Corcina Rodrigesin toyunun keçiriləcəyi tarix və məkan açıqlandı

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun yaxın günlərdə uzun illərdir birlikdə olduğu Corcina Rodrigeslə evlənəcəyi iddia olunur. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, 41 yaşlı Ronaldo və 32 yaşlı Corcina nikah mərasimini futbolçunu

3 avqust
.

Qəhvəni sirkə ilə qarışdırın: Mətbəx təmizliyində effektiv üsul

Son vaxtlar sosial şəbəkələrdə mətbəx səthlərini təmizləmək üçün istifadə olunan qeyri-adi üsul sürətlə populyarlaşır. İddialara görə, üyüdülmüş qəhvə ilə sirkənin qarışığı yağ ləkələrini, yanmış qida qalıqlarını və digər çirkləri effektiv şəkildə təmizləməyə kömək edir. Qayarinfo-nun Planeta nəşrin

3 avqust
.

"İkinci Yer"in izləri tapıldı

Alimlər Yerdən təxminən 49 işıq ili uzaqlıqda yerləşən ekzoplanetdə atmosferin mövcudluğuna dair mühüm dəlillər əldə ediblər. Tədqiqatçılar hesab edirlər ki, LHS 1140b adlı planet həyat üçün əlverişli şəraitə malik ola biləcək ən maraqlı namizədlərdən biridir. "Qafqazinfo" xəbər verir ki, "Supe

4 avqust
.

Avropa Ukraynaya 1,4 milyard avro ayıracaq

Avropa İttifaqı Ukraynaya yardım göstərmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə davam edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. "Biz Ukraynaya bu aktivlərdən daha 1,4 milyard avro ayıracayıq", - deyə o qeyd edib. [hh4-unikal

5 avqust