Əyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr
Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələr ailədə 45 il gizli qalan bir həqiqəti ortaya çıxarıb.
Hadisənin təfərrüatlarını qalmaqala səbəb olan qadının qardaşı bölüşüb. Onun sözlərinə görə, bacısı təxminən 50 il əvvəl gizli sevgi münasibəti yaşayıb. Güclü hisslərə baxmayaraq, o, ailəsini qorumaq üçün nikahdankənar əlaqəni sonlandırmaq qərarı verib. Qadın həyat yoldaşının yanına qayıdarkən başqa kişidən hamilə olduğunu isə bilməyib. Həqiqət yalnız qızının DNT analizindən sonra məlum olub.
Testin nəticələri ailə üzvləri üçün böyük şok yaradıb. Belə ki, qızı böyüdən, ona qayğı göstərən və xoşbəxt uşaqlıq bəxş edən kişinin onun bioloji atası olmadığı müəyyənləşib.
73 yaşlı ana həqiqətlə üzləşdikdən sonra hadisəni inkar etməyib. O, qızına gənclik illərində baş verənləri ətraflı danışıb və hətta onun əsl atasını tapmasına kömək edib. Lakin bundan sonrakı hadisələr faciəvi məcrada inkişaf edib.
Qadının rəsmi atası hesab etdiyi şəxs DNT testi aparılmazdan 20 il əvvəl vəfat edib. Bioloji atası isə tapıldığı vaxt artıq alkoqol asılılığından əziyyət çəkirmiş. O, qızı ilə ilk görüşdən qısa müddət sonra dünyasını dəyişib.
İllərlə gizlədilən həqiqəti öyrənən qız ciddi psixoloji sarsıntı keçirib və anası ilə bütün əlaqələri kəsib. O, beş il ərzində anası ilə danışmayıb. Yaşlı qadın isə övladının qəzəbini haqlı hesab etdiyini bildirib. O, qocalıqda yaşadığı tənhalığı gənclikdə etdiyi səhvlərin ömürlük cəzası kimi qiymətləndirib.
Hadisəni ictimailəşdirən qadının dayısı insanları bu cür genetik testlər etdirməzdən əvvəl diqqətli olmağa çağırıb. Onun fikrincə, insanlar ailələrinin keçmişini araşdırarkən qarşılaşa biləcəkləri nəticələri də nəzərə almalıdırlar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 586 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrDonald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?
ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə
19 sentyabr