ABŞ Avropada hərbi qüvvələrini azaldır: Siyahıda nə var?

ABŞ Avropada hərbi qüvvələrini azaldır: Siyahıda nə var?ABŞ Avropadakı NATO əməliyyatları üçün əlçatan olan "F-15E" və "F-16" qırıcılarının sayını təqribən 150-dən 100-ə qədər azaltmağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumatda bildirilib ki, Ağ Ev NATO əməliyyatları üçün ayırdığı hərbi qüvvə və vasitələrin həcmini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Plana əsasən, Vaşinqton aşağıdakıları nəzərdə tutur:

- dəniz kəşfiyyat təyyarələrinin miqdarını 26-dan 15-ə endirmək;

- əvvəllər Avropa istiqamətinə təhkim olunmuş bütün səkkiz yanacaqdolduran təyyarəni geri çəkmək;

- təyyarədaşıyan gəmini, raket silahları ilə təchiz edilmiş atom sualtı qayığını, eləcə də onları müşayiət edən gəmiləri və aviasiyanı başqa yerə köçürmək;

- Avropanın müdafiəsi üçün nəzərdə tutulmuş iki strateji bombardmançı qrupundan birini yenidən bölüşdürmək.

Nəşrin məlumatına görə, ixtisarlar artıq yaxın vaxtlarda qüvvəyə minə bilər və alyansın kəşfiyyat, Rusiya sualtı qayıqlarını izləmə və uzaq məsafəli zərbələr endirmə imkanlarına təsir göstərəcək. Pentaqon konkret rəqəmləri şərh etməyib, lakin ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının Amerikanın Avropadakı öhdəliklərinin həcminə yenidən baxmaq niyyəti barədə bu yaxınlarda verdiyi bəyanata istinad edib. NYT bu qərarı ABŞ Prezidenti Donald Tramp Administrasiyasının Amerikanın Avropadakı hərbi iştirakını azaltmaq və resursların bir hissəsini Hind-Sakit okean regionuna keçirmək siyasəti ilə əlaqələndirir. Bununla yanaşı, materialda qeyd olunur ki, Birləşmiş Ştatlar Avropa qitəsində NATO-nun ən böyük hərbi qüvvələrindən birini qoruyub saxlayacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 474   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisind

20 noyabr
.

GTA VI satışa çıxarıldığı ilk gündə nə qədər gəlir əldə edib?

"Grand Theft Auto VI" (GTA VI) satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Take-Two Interactive" məlumat yayıb. Bildirilir ki, "Grand Theft Auto VI"nın ilk gündəki pərakəndə satışları bütün formatla

21 noyabr
.

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib. xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb. "Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək

20 noyabr
.

Kral ailəsində qardaş davası bitmir: "Atamızı mənə qarşı qızışdırırsan!"

Britaniya kral ailəsində Şahzadə Harri ilə böyük qardaşı Şahzadə Uilyam arasındakı gərginlik yenidən gündəmə gəlib. İddialara görə, Harri atası Kral II Çarlzla münasibətlərini düzəltmək cəhdlərinin qardaşı tərəfindən əngəlləndiyini düşünür. Məlumata görə, Susseks hersoqu Harri Uilyamın və saray müşavirlərini

20 noyabr
.

Yaponiya və Çin arasında Tayvan gərginliyi: Tokio mövqeyini dəyişmədiyini açıqlayıb

Yaponiya ilə Çin arasında Tayvan məsələsi ətrafında yaranan diplomatik gərginlik davam edir. Yaponiyanın Baş naziri Sanae Takaiçi ölkəsinin Tayvanla bağlı mövqeyinin dəyişmədiyini bəyan edib. O, bu açıqlamanı Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC

19 noyabr
.

ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur

ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərd

19 noyabr
.

Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb. APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə "Yonhap" məlumat yayıb. Bildirilib ki, görüş təxminə

19 noyabr
.

ABŞ Prezidenti Putinlə danışıqların uğurla keçəcəyinə əminliyini ifadə edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarda müsbət nəticələrin əldə ediləcəyinə əminliyini ifadə edib. xəbər verir ki, Tramp Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsindəki ikitərəfli görüşün əvvəlində bildirib. "Düşünürə

19 noyabr
.

İtaliya hibrid təhdidlərə qarşı mübarizəyə 7 milyard avrodan çox vəsait ayıracaq

İtaliya yaxın illərdə hibrid təhdidlərə qarşı mübarizəyə 6 milyard avrodan çox vəsait yatırmağı planlaşdırır. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Gvido Krozetto Deputatlar Palatasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2026-2028-ci illər üçün bu məqsədlə təxminən 2 milyard avr

19 noyabr