UKMTO Hörmüzdən keçən gəmilərə cənub marşrutunu seçməyi tövsiyə edib
Təhlükəsizlik məqsədilə Fars körfəzinə daxil olan və ya oradan çıxan ticarət gəmilərinə Hörmüz boğazından keçərkən Oman sahillərinə daha yaxın olan cənub marşrutundan istifadə etmək tövsiyə olunur.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Britaniya Kral Hərbi Dəniz Qüvvələrinə tabe olan idarənin məlumatında qeyd olunub ki, Vaşinqton və Tehran arasında memorandumun imzalanması elan edildikdən sonra Hörmüz boğazından keçən gəmilər üçün təhlükə səviyyəsi "mülayim" dərəcəyə ensə də, boğazın beynəlxalq farvaterində hələ də minalar ola bilər.
Bundan əlavə, ticarət gəmilərinə müəyyən edilmiş prosedurlara riayət etmək, addımlarını ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Hərbi Dəniz Qüvvələri (NAVCENT) ilə koordinasiya etmək təklif olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 133 Tarix: 20 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransa isti hava dalğasının təsiri altındadır: Əhaliyə xəbərdarlıq edilib
Fransada temperaturun 40 dərəcəyə çatması ilə bağlı verilən xəbərdarlıq dövlət ərazisinin üçdə iki hissəsinə şamil edilib və əhalinin 50 faizindən çoxuna aiddir. 60 departament istiyə görə hava təhlükəsinin narıncı rejiminə uyğun çalışır. xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. "Meteo France"ı
20 iyunRusiyada dron hücumundan sonra yanacaq anbarları yanıb
Rusiyanın Yaroslavl vilayətində dronlar yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub, nəticədə yanğın baş verib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu regionun qubernatoru Mixail Yevrayev açıqlayıb. "Pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub
14 iyunRumıniyanın Baş naziri Tomak istefa verib
Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib. "Report" "Radio Romania İnternational"a istinadən xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib. Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən d
14 iyunRusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var
Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini
14 iyunƏbu-Dabidə kəllə sümükləri bitişik siam əkizlərini uğurla ayırıblar - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə həkimlər doğuşdan kəllə sümükləri bitişik olan siam əkizlərini uğurla ayırıblar. xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. Pasiyentlər Nigeriyadan olan 19 aylıq bacılar Mersi və Qudness olub. Qızlara kraniopagiyanın nadir forması - kəll
20 iyunLeysan və dolu həyatı iflic etdi: küçələrdə gölməçələr yarandı -VİDEO
Türkiyənin paytaxtı Ankara şəhərində axşam saatlarında müşahidə olunan güclü leysan və dolu yağışı gündəlik həyata mənfi təsir göstərib. türk mediasına istinadən xəbər verir ki, yağıntılar nəticəsində şəhərin bir sıra küçə və prospektlərində gölməçələr əmələ gəlib. Sürücülər yollarda hərəkət etməkd
19 iyun